Həsənağa Sadıqov vəfat etməyib - Əməkdar artistin ölüm xəbəri yalan çıxdı

Azərbaycanın əməkdar artisti Həsənağa Sadıqov vəfat etməyib, sadəcə vəziyyəti ağırdır. Bu barədə Qaynarinfo-ya sənətkarın qardaşı oğlu, balaban ifaçısı Şəhram Sadıqov məlumat verib. O, mətbuatın dəqiqləşdirmədən, tələsik informasiya yaydığını bildirib.

Qeyd edək ki, Həsənağa Sadıqovun vəfat etməsi haqda məlumatı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazmışdı.

Hacı Nuran Hüseynov bundan əvvəl öz "Instagram" səhifəsində məlumat yaymışdı ki, 67 yaşlı sənətkar vəfat edib.

***

Azərbaycanın əməkdar artisti, əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib. "Report" xəbər verir ki, Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində anadan olub.

Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır.

Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın qızıl medalı ilə təltif olunub.

Həsənağa Sadıqov ABŞ, Norveç, Vyetnam, Almaniya, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar