MÜDAFİƏ NAZİRİ İNTİQAM ANDI İÇDİ! - 11 aylıq Mustafaya görə

PKK terror təşkilatının Hakkaridə hərbi xidmət keçən zabitin 11 aylıq övladını və anasını qətlə yetirməsindən sonra Türkiyə müdafiə naziri  Hulisi Akar intiqam andı içib.

Akar Tvitter hesabında belə yazıb: “O məsum körpənin, o ananın intiqamını almadan, şəhitlərimizə olan sözümü tutmadan Allah canımı almasın. Hinlərinə girəcəyik, hinlərinə! Həyatını itirən körpəmizə və anasına Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, Hakkarinin Yüksəkova qəsəbəsində 25 yaşlı Nurcan Karakaya 11 aylıq körpəsi Mustafa Bedirhan Karaya ilə birlikdə həyat yoldaşı olan zabit Serkan Karakayanın görüşünə gələrkən idarə etdiyi avtomobil PKK-nın yolda quraşdırdığı minaya düşərək partlayıb. Nəticədə ana və körpə həyatını itirib. Ana və körpənin dəfni üçün hərbi mərasim keçirilib.

635x100

Şərhlər

X 2018-08-01 17:44:34

Serhimi neden vermediniz? Sizde unutdunuz qani alinmayan Zehralari

EWDER 2018-08-01 17:44:34

HALAL OLSUN.BIZLEREDE IBRET

X 2018-08-01 17:44:34

Balaca Zehramiz ucun kim and icdi? Hec nenesin demirem, elecede sayi bilinmeyen sehidlerimiz bizi bagislamaýin

Son yazılar