BAKIDA TİKİNTİLƏRƏ BU QURUM İCAZƏ VERƏCƏK - BŞİH-nin səlahiyyəti əlindən alındı

Azərbaycan prezidenti İlham Əliyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Müəyyən edilib ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Nazirlər Kabinetinə tikintiyə icazə verilməsi üçün müraciətə baxılarkən yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu yoxlanıldıqdan sonra tikintiyə icazə icraatı çərçivəsində həmin layihənin göstərilən Məcəlləyə uyğun olaraq rəy bildirilməsi üçün tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan aidiyyəti qurumlara, texniki şərtlərin verilməsi üçün müvafiq qurumlara və həmin Məcəllədə nəzərdə tutulmuş hallarda ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərilməsini, habelə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olmadığı halların tikintiyə icazə verilməsindən imtina üçün əsas olduğunu müəyyən edən normaların (mümkün sui-istifadə amillərinin aradan qaldırılması zərurəti də nəzərə alınmaqla) həmin Məcəlləyə əlavə edilməsini (layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə – həmin Məcəllənin 75.4-1-ci maddəsində göstərilən müddət çərçivəsində) nəzərdə tutan qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

 

635x100

Şərhlər

antiAbu 2018-08-01 18:45:59

Valeri Meladze, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində keyf içində yaşayan memarlarını görsəydi, pul qazanmaq üçün boğazını çırıb mahnı oxumazdı, bunlara qoşulub memarlıq edərdi. Keyf etməyin ən qıssa yoludur bax budur! Bu memarların əksəriyyəti həsənlər, şahlarlar nə bilim nələr, hamısı Vüqar Seyidovun drujoklarıdırlar. Bunlar həbs olunmalı, onların əmlakları müsadirə olunmalıdır. Korrupsiyaya qarşı mübarizə İdarəsi bunlar barədə ciddi tədbirlər görməlidir.

rasim 2018-08-01 18:45:59

..... İsaqova xəstələnib?

antiAbu 2018-08-01 18:45:59

3. Eldar Əzizov rəhbərlik etdiyi rayon və şəhərlərin heç birində onların Baş Planıa uyğun gəlməyən inşaat işləri aparmayıb. Hamı bilir ki,o, qanun sevən insandır. İndi Bakını dağıdıb-tökəni Nazirlər kabinetinə müavin təyin ediblər, dağıtma alətini Komitəyə verirlər. Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsində Baş Prokurorluq çox ciddi iş aparmalıdır. Bu idarənin süpürgəçisindən tutmuş rəisinə kimi hamısı həbs olunmalıdırlar,onların əmlakları müsadirə olunmalıdır! Prokurorluq hərəkətə gəlməlidir.

antiAbu 2018-08-01 18:45:59

2. Hacıbala ancaq yaxın ətrafına, bu idarədə proyekt təsdiq etdirməyə icazə verib. Maklerlik edən bu şəxslər külli miqdarda pul qazanıblar Bu şəxsiyyətsizlərdən məhkəmələrdə onun-bunun üzünə durmaqdan ötəri istifadə olunub. Bu şəxsiyyətsizlər çox vaxt aldıqları pulları danıblar . Məsələn, Culfa rayon İcra Hakimiyyətinin keçmiş Başçısı, Nəsrulla Bayramovdan alınan yüz min dollardan çox pul danılıb. Bu idarə əsil kriminal dünyadır. Orada işləyənlərin hamısının əmlakı müsadirə olunmalıdır.

antiAbu 2018-08-01 18:45:59

1. Çox geçikmiş bir qərardır. Bu qərar 2001-ci ildə, ixtisasca fizik, memarlıqla məşğul olmağa başladığı vaxt verilməli idi. Memarlıq və Şəhərsalma Baş İdarəsində Hacıbalanın İqtisad Universitetini qurtarmış İlqar adlı baçısı oğlu, memarlığın "sirlərini" öyrənib, burada əsas .... memara çevirilib. Bu idarənin əsas memarları Hacıbalanın anasının xalası nəvələri Əli Əsgərov və qafar əhmədov olublar. Bu idarənin əsas iş görəni Hacıbalanın qardaşının kürəkəni Vüqar Seyidov olub.

Bəhram Cəfər 2018-08-01 18:45:59

Çox dogru qərardı. Bu qurumu geniş Abşeron-Тikinтi və Şəhərsalma-kommunikasiуa idarəsinə çevirmək də olar. Raуon bolmələri onun OPERAТİV уazılı qərarı olmadan nəinki, уol salına, ev тikilə, kanalız, heç kabel keçidi də açıla bilməz! Bu qaуda тexniki-abadlıq işlərinin QADAGASI deуil, onların paralel-kompleks və тam sərfəli aparılması üçündür! Kimə lazım gəldı SƏKİNİ bəzəуir, kəsir, Asfalтı-уolu qazır, su, isтilik və kanaliz xəтlərini açır? Heç biri də тam bərpa imkanını və xərclərini nəzərə almır.

Son yazılar