Ermənilərin vurduğu gənc estetik əməliyyat olub

Güllə burnundan girib çənəsində qalan Fəridin vəziyyəti yaxşılaşır

Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan Fərid Məmmədovun səhhəti yaxşılaşır. Bu barədə ANS PRESS-ə F.Məmmədov həkimi məlumat verib. O, qeyd edib ki, F.Məmmədovun üzündəki güllə çıxarıldıqdan sonra ora tikiş atılıb:

"Əməliyyatdan 8 gün ötdükdən sonra onun dikişlərini sökməyə başlayacağıq. Hazırda onun sarğıları dəyişdirilir. Vəziyyəti də yaxşıdır. Güllə onun burnundan girib çənəsində qalmışdı. Gülləni çıxardıqdan sonra onun ağız və çənə nahiyyəsində estetik əməliyyat da aparılıb. Onun üz nahiyəsində cuzi də olsa gülllənin izi qalacaq".

Qeyd edək ki, Bir neçə gün öncə axşam saatlarında Tovuz rayonunun Əlibəyli kəndində intensiv atəşə tutulub. Nəticədə iki kənd sakini yaralanıb. Vəziyyəti daha ağır olan 17 yaşlı Fərid Məmmədov əməliyyat olunmaq üçün xüsusi ambulans helikopterlə Bakıya gətirilib.

Güllə Fəridin burun nahiyyəsindən girərək çənəsində dayanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar