"600-dək qurultay nümayəndəsi... çox yaxşı bilir”

Arif Hacılı: “Səxavət Əlisoy və Tapdıq Abbasın fikirləri qurultay nümayəndələrinin mənə münasibətini dəyişməyəcək”

“Müsavat Partiyasının 600-dək qurultay nümayəndəsi mənim milliyyətimin, dinimin, siyasi əqidəmin, partiyanın və Azərbaycanın gələcək inkişafı ilə bağlı düşüncələrimin, insanlara münasibətimin nə cür olduğunu çox yaxşı bilir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Xatırladaq ki, Müsavat başqanının müşaviri Səxavət Əlisoy Müsavat başqanının türk olmasının vacibliyini bildirib. Keçmiş Müsavat üzvü Tapdıq Abbas isə qurultaydan sonra partiyada kütləvi istefaların olacağı barədə fikirlər səsləndirib.

A. Hacılı qeyd edib ki, Müsavat başqanının kim olması yalnız müsavatçıları deyil, partiyanın cəmiyyətdə olan dostlarını, rəqiblərini, düşmənlərini də maraqlandırır və hər kəs öz düşüncələrinə uyğun olaraq bu məsələyə müdaxilə etməyə çalışır. Milli mənsubiyyət məsələsinə gəldikdə, A. Hacılı bu barədə narahatlığa əsas olmadığını vurğulayıb: “Hazırda Müsavatda yeni başqanın seçilməsi zərurəti ortaya çıxdığı üçün başqanlığa iddia edən şəxslərə və xüsusi iddiaçılara qarşı kampaniyaların aparılmasında qeyri-adi bir şey görmürəm. 23-cü ildir, Müsavat Partiyasında rəhbər vəzifələrdə fəaliyyət göstərirəm. Düşünürəm ki, Səxavət Əlisoy, Tapdıq Abbas və ya bir başqasının fikirləri partiyanın qurultay nümayəndələrinin mənə olan münasibətini dəyişməyəcək. Ona görə də bu məsələlərlə bağlı müsavatçıların xüsusi narahatlıq keçirməsinə əsas yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar