Eyfel qülləsi personalın tətil etməsi səbəbindən turistlər üçün bağlanıb

Fransanın məşhur Eyfel qülləsi avqustun 1-dən ziyarətçilər üçün bağlanıb.

"Report"un "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, buna səbəb kimi personalın tətil etməsi göstərilir.

Qüllənin sabah açılıb-açılmayacağı barədə dəqiq məlumat verilmir.

Qüllənin rəsmi "Twitter" səhifəsində onun bağlanması barədə məlumat fransız və ingilis dillərində yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar