Yunanıstanda 5 yanğın törətmiş şəxs həbs olunub

«AzPolitika.info»-nn xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstanın Attika bölgəsinin Marafon rayonunda 5 yanğın törətməkdə şübhədi bilinən şəxs cinayət başında həbs olunub. Bu barədə ölkənin yanğınsöndürmə xidməti xəbər verib.

İdarənin məlumatına görə, 35 yaşlı yunan Marafon bələdiyyəsində iyulun 26-dan 31-ə qədərki dövrdə 5 yanğını törətməkdə günahkar çıxıb. Bütün bunlar elə həmin rayonda baş vermiş və 90 nəfərin həyatına son qoymuş yanğından cəmi bir neçə gün əvvəl baş verib.

«Yunan polislər yanğın təhlükəsizliyi ilə mübarizə idarəsinin əməkdaşları ilə birgə və Nea Makri şəhərinin yanğın xidməti istintaq şöbəsi 35 yaşlı Yunanıstan vətəndaşını cinayət başında həbs edib. O, məqsədli şəkildə 5 yanğının törədilməsində günahkar bilinir» - deyə, yanğın xidməti xəbər verib.

Həbs olunmuş şəxs çərşənbə günü Afinanın birinci instansiya ittiham məhkəməsi qarşısına çıxarılacaq.

İyulun 23-də elə həmin rayonda fəlakətli yanğın baş verib. Yanğın nəticəsində 90 nəfər həlak olub, 190 nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar