Gürcüstan Prezidenti ölkədə marixuananın leqallaşdırılmasını alqışlayıb

«AzPolitika.info»-nun Gürcüstan KİV-nə istinadla verdiyi xəbərə görə, ölkənin Prezidenti Georgi Marqvelaşvili hesab edir ki, marixuanadan istifadəyə görə, insanları həbs etmək düzgün deyil. Odur ki, Prezident Konstitusiya Məhkəməsinin (KM) bu narkotik vasitənin leqallaşdırılması barədəki qərarını alqışladığını bildirib.

Bundan əvvəl, Gürcüstanın KM «Girçi» müxalifət partiyası liderlərinin iddiasını təmin edib və marixuanadan istifadəyə görə, nəzərdə tutulmuş inzibati cəzanı ləğv edib. Nədən ki, «marixuanadan istifadə şəxsiyyətin azad inkişafı hüququdur».

Kiketsk kilsəsinin rəhbəri Andriya Caqmaidze isə məhkəmənin bu qərarını «xalqı satmaq» adlandırıb.

«Məhdudlaşdırıcı xətti çəkmək qaçılmazdır: yaxşı və pis adət - bu, bir məsələ. Amma buna görə, biz insanları həbs etməliyikmi? - bu, artıq ikinci məsələdir» - deyə, Marqvelaşvili brifinqdə bəyan edib.

Onun fikrincə, konstitusiya məhkəməsinin üzvləri deyə bilərlər ki, marixuanadan istifadə etməyə dəyməz, ancaq buna görə, həbs etmək olmaz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar