MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİ DƏ DEPUTATA MƏXSUSMUŞ - Səs yazısı

Düz 5 il əvvəl - 2013-cü il iyulun 31-də Həbib Axundov anasının Şüvəlandakı bağ evində hamıya elan edib ki, siz pulları biznesə yox, piramidaya qoymuşdunuz. Bununla da 5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı bu qalmaqalın mərkəzi fiqurlarına çevrilib. Ötən müddətdə üzə çıxan səs yazıları, stenoqramlar, sənəd və sübutlar da ortada böyük bir dələduzluq işinin olmasına dəlalət edir.

Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları gətirirdilər. Deyirdi ki, biznes üçün Dubayın gömrük orqanlarının müsadirə etdiyi kartricləri alıb Bakıda satırıq, şəbəkə qurmuşuq. Elmira Axundovaya inamım vardı deyə Həbibin dediklərinə şübhə ilə yanaşmadım. Həbib deyirdi ki, anası Milli Məclisin, Apelyasiya Məhkəməsinin tenderlərini udub və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verir.

Həbib Axundov məndən borca pul istədi, dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan hər hansı bir xoşagəlməz hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dizimin üstündə böyümüş uşaq mənə qarşı belə hərəkət edər və  anası da bu gün göstərdiyi mövqeyi ortaya qoyar. Təsəvvür edin, 30 aprel 2014-cü ildə Elmira Axundova mənə sms yazıb və ona təcili zəng etməyimi xahiş edib. Həmin sms mətni istintaqa və məhkəməyə təqdim olunub. Ona zəng elədim, dedi, gəl pulu götür. Mən də gedib 250 min manatı götürmüşəm.

Elmira Axundova ile ilgili görsel sonucu

Bu pulu verəndən 2 ay sonra Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkən oldu. Bundan sonra məni hədələdi. Dedi, bu məsələ ilə oğrular məşğul olacaq. Bundan sonra mənə qarşı münasibətləri kəskinləşdi. Dedilər, pulu vermirik, get hara istəyirsən şikayət elə. Mən anasının rəfiqəsinə zəng vurdum. Dedim ki, siz də bu işə pul qoymusuz.

Gəlin araşdıraq görək pul hara gedib. Çünki onun rəfiqəsi də, mən də, biz hamımız pulu Həbibə vermişik. Dedim, vəkil tutum və məsələni araşdıraq. Görək pullar harada, kimdədir. Bundan sonra Həbib mənə mesaj yazdı ki, anam sənə hörməti olduğundan 250 min pul verib. Sən də məhkəməyə gedirsənsə get. Səndən fərqli olaraq bizdə sənə qarşı arqumentlər var, əfqanlar Liliya başda olmaqla, məhkəməyə getməyə hazırlaşırlar. Liliya Yusupova Elmira Axundovanın rəfiqəsidir, AzTV-də çalışır. Dedim, getsinlər məhkəməyə. Həbib bilmirdi ki, əlimdə səs yazıları var. Biləndən sonra da məhkəməyə müraciət edib həmin səs yazılarından istifadə etməyimizi qadağan etməyə də baş vurdular".

“Həbib məndən üst-üstə 575 min manat pul alıb”

Fərman Məmmədov deyir ki, Həbib Axundov 2012-ci ildən ondan qurduqları və anası Elmira Axundovanın təriflədiyi biznesə yatırmaq adı ilə pul almağa başlayıb: “Elmira Axundova da hər fürsətdə Həbibin  gördüyü işlə fəxr etdiyini təkrar-təkrar deyirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğlunun biznesini genişləndirməsi üçün pul yatırmalarını təklif etdi. Fəxrlə deyirdi ki, nəyə nail olmuşamsa, oğlumun hesabına nail olmuşam. Bu çağırışdan sonra deputatın bəzi rəfiqələri də Həbibə pul verdilər. Həbib məndən üst-üstə 575 min manat pul alıb. Deyib ki, işə qoyur. 2013-cü il iyulun əvvəlində pulumu geri istədim. Həmin günə qədər Həbib məndən 535 min manat pul almışdı.

İyulun 17-də Həbib bizim evə gəldi. Mənə Elnur İbrahimovla bağladığı 2 müqavilə göstərdi. Həbibə dedim ki, sən kiminlə nə müqavilə bağlamısan, məni maraqlandırmır. Çünki pulu mən sənə vermişəm. Dedi ki, narahat olmayın, yaydır, hamı məzuniyyətdədir, məktəblər işləmir ki, ora kartric, ofis ləvazimatı verək, pul köçürsünlər. Sentyabrdan tenderlər üzrə pullar gələcək, oktyabrdan sizin pulları qaytaracağam. Əlindəki müqaviləni göstərdi, dedi ki, 835 min manatlıq müqavilədir. Həmin müqavilədəki 535 min manat sizin, qalanları isə anamın rəfiqələrinə və dostlarıma məxsus pullardır. Bu müqaviləni mənə göstərməklə Həbib Axundov məni inandırmışdı ki, pulumu qaytaracaq. İbtidai istintaqda da Həbib Axundov gəlib dedi ki, müqavilə üzrə borcu olan adamların pullarını qaytarıb. Mənim 250 min manatımı da anası qaytarıb, qalanını da qaytarmaq istəmirlər. Anası da bilirdi ki, pulları məndən oğlu alıb. Əgər müqavilə üzrə pullar Elnur İbrahimova verilibsə, Həbib Axundov niyə pulları qaytarırdı? 

“Pulunuzu ”Favorit" marketlər şəbəkəsinin dövriyyəsindən çıxarıb gətirib verəcəyəm"

Mənə deyirdi ki, özünün də əlində nə pul varsa, bu işə və “Favorit” marketlər şəbəkəsinə qoyub. Ona görə də mənim pulumu hazırda qaytara bilmir. Buna qədər isə məndən pul alanda Həbib deyirdi ki, siz pulunuzu geri istədiyiniz an mən gedib “Favorit” marketlər şəbəkəsinin dövriyyəsindən çıxarıb gətirib verəcəyəm. Bu söhbətdən 10 gün sonra - iyulun 27-də Həbib Axundov mənə zəng elədi, dedi ki, təcili 40 min manat pul lazımdır, Elnuru göndərir, pulu ona verim. Elə də oldu, pulu verdim. 4 gün sonra, 2013-cü il iyulun 31-də Həbib mənə zəng vurdu və görüşmək istədiyini bildirdi. Görüşəndə də dedi ki, bu iş piramida idi, indi piramida dağılıb. Amma narahat olmayın, sizin pulunuzu qaytaracağam. Həbibin Elnurla bağladığı müqavilə bu gün işin içində var və ibtidai istintaq həmin müqaviləyə hüquqi qiymət verməkdən yayınıb.

İbtidai istintaqda Həbib deyir ki, həmin pulun bir hissəsi Fərman Məmmədovun, onun dostunun və digər şəxslərindir. Ümumiyyətlə isə Həbib Axundov 3 cür ifadə verib. Birində deyir ki, ümumiyyətlə, Fərman Məmmədovdan pul almamışam. Başqa bir ifadəsində deyir ki, 450 min manat borcu var mənə. Başqa bir yerdə isə deyir ki, mənim vasitəmlə Elnura 60-70 min manat verib. Mənə Həbib Axundov qurduğu biznesin piramidada olmasını 2013-cü il iyulun 31-də Zaqulbada deyib. Mən pulu Həbibə vermişdim, pullarımı da ondan geri tələb etdim. Bu görüşdən bir neçə saat sonra Həbib Axundov mənə zəng elədi və dedi ki, Elnur İbrahimovu onun yaxın dostları - Vergilər Nazirliyinin işçiləri olan 2 Anarlar Şüvəlandakı bağ evinə gətirirlər. Məni də ora dəvət etdi. Bir məqamı da xüsusi vurğulayım - iyulun 31-dən avqustun 9-na kimi Elnur İbrahimov Elmira Axundovanın, oğlunun ətrafında olub və həmin tarixdə ölkədən qaçırılıb.

Bu da Elmira Axundovanın səs yazısı

Redaksiyanıza istintaqa və məhkəməyə təqdim etdiyim daha bir səs yazısını və stenoqramını təqdim edirəm. Bu söhbət mənimlə Elmira Axundova arasında olub.

Stenoqramdan sitat:

Elmira Axundova Fərman Məmmədova deyir:

- Biz dünən onunla (yəni Elnurla) oturduq, o mənə bütün “rasklad”ı verdi. Mənin bir xahişim var, oturun üçünüz ya dördünüz, səndən pulunu tələb edən dostun Nazimi də çağır, hansı ki, Elnur mənə deyirdi ki, ona çoxlu pul aparmışam. Mənim yadımdadır o, sizə qazanc pullar aparırdı. Hesablayın kim nə qədər verib, nə qədər qazanıb. Biznes çöküb, bu olan şeydir. Əgər biznes çökübsə kompanyonlar hamısı zərər çəkir. Əslinə qalanda heç kim heç kimə heç nə verməli deyil. Lakin sənin mənim dostum olmağını və həyatda mənə çox kömək etməyini nəzərə alaraq mən Həbibə dedim ki, axırıncı məbləği dəqiqləşdirin, kim kimə nə qədər verməlidir, sən ona (yəni Həbib Axundov Fərman Məmmədova) söz vermisən, o da dedi ki, mama, mən hər şeyi başa düşürəm, nəyim var satacam və Fərman dayının pulunu qaytaracam. Həm də bir-iki variantımız var sənə pulu qaytarmaq üçün. Sən narahat olma, mən bu işin arxasında duracam, halbuki durmalı deyiləm, amma arada sən varsan, amma mən qarışmazdım, Həbib və sən uşaq deyilsiz, onun 26 yaşı, sənin 46 yaşın var. Sən ondan 20 yaş böyüksən, amma o, səni Elnur kimi barmağına fırladıb. Bir yerdə oturun, müzakirə edin, problemdən qaçmayın.

Fərman Məmmədov ile ilgili görsel sonucu

Fərman Məmmədov:

- Elmira xanım, mən 5 ay çalışdım oğlunuzla görüşüm, danışaq, Elnur da gəlsin, lakin Həbib buna imkan vermir, razılaşmır.(musavat.com)

(ardı var)

635x100

Şərhlər

xabardar 2018-08-02 10:15:13

Bu qadinin yukselishi Heyder Eliyeve hesr etdiyi kitablardan basladi/ Sen deme ulu onderden yazarken semimi olmayib, gelecek yukselisini ve servetini dusunub/ Bu olkeni viran qoyanlar da bu cur meddah ikiuzluler oldu/

babek 2018-08-02 10:15:13

Niye beyan etmirsiz ki,bu ...

İRADƏ 2018-08-02 10:15:13

Fərman,Həbibi ``dizləri üstündə`` hansı səbəbdən əzizləyirmiş görəsən.Bu dayəliyin əsasında nə dayanırmış..yoxsa,elə o zamandan Fərmanla Elmira xanımın ortaq biznesləri olub.

Oxuyucu 2018-08-02 10:15:13

Ağıllı Ağıllı Danışmıyın . Favorit Araz Terefinden Alınıb . Yeqin Ta Bilirsiz de Veyseloglu da Kimindi ......

SUAL 2018-08-02 10:15:13

OLKƏ MƏMURLARI ILƏ BAXLI HANSI DASI QALDIRIRSAN ALTINDAN UFUNƏT IYI GƏLIR. YAZIQ MILLƏTIMIZIN HALINA. BIR TOYUQ OXRUSUNA BES İL VERİRLƏR MİLYONLAR FİRLADANA BƏS NƏ?...BU OLKƏDƏ PRKUROR NƏZARƏTİ AXİR ƏVVƏL OLACAQ YA YOX? BU QƏDƏR .... BİR DİYAR VARMİ? BUTUN YUKSƏK VƏZİFƏ SAHBLƏRİ ELƏ QAHİM-QARDASLARİB Kİ HEC BİR SİKAYƏT VƏ YA MURACİƏT ARASDİRİLMİR.....

Kərim 2018-08-02 10:15:13

Bəs "Favorit "market digər deputatl Hacı Madarındır deyirlər.Onsuz da Azərbaycanda nə iri obyekt,otel və sair varsa deputatların.nazirlərin və onlardan yuxarıda duranların olduğu bəllidir.Qanun işləməyən ( vəzifəlilərə )ölkələrdə belə olur.

rasul 2018-08-02 10:15:13

BUNLAR HAMISI BİR QADIN MİLLƏT VƏKİLİNİN (millət vəkili demək olarsa ona) ... işləridir. Böyük biznes imperiyası var. Sadə əhali ona görə iş görə bilmir. Bütün biznes,pul toçkaları, banklar,obyektləır məmurlasr deputatlar və onlara yaxınlar zəbt ediblər. Ölkəni əhalini bunlar talan edirlər. Bunların qarşısını almaq çox çətindir.... Millət isə pis gündədir. ... monopolist talançı məmurlar qiymətləri də əsasən də ərzaqın qiymətini qaldırıb əhalini yoxsul dilənçi halına salırlar. Millət isə bunların qarşısında acizdir. Bunlara da qanun qayda qoyan yoxdur. "Nə etməli?" Ancaq belə getməz inşallah. Bu yazıq millətə Allahımız bir yol açar .....

--- 2018-08-02 10:15:13

Nə olsun ki. Hamımız görürük nazirlərin, böyük-kicik məmurların, köhnə-yeni deputatların , ölkənin büdcəsini rahatca, arxayınlıqla qarət edənlərin talanlarını. Hər halda maashla dolanmırlar. Onlara icazə verən verir. və deyir ki, xalqın ödədiyi vergiləri talan et. Bir seyi isə etmə. Onu etmək olmaz. O mənimdir.

Son yazılar