XANƏNDƏ HƏMKARINI ÖLDÜRÜB, SONRA İNTİHAR EDİB, YOXSA...? - Şok iddialar

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib.

Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

“Qardaşımı və dostunu öldürüblər”. Bunu isə “Report”un Qarabağ bürosuna Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində avqustun 2-də meyiti tapılan xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov bildirib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl qardaşi dostu Miryusiflə Bakıdan onların yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndinə qonaq gəliblər:“Dostlar nahar etdikdən bir müddət sonra Ağcabədi şəhərinə gəzməyə getdiklərini bildirərək evdən çıxıblar. Gecə saat birdə evə qayıdıblar. Daha sonra hər ikisi səhər saat 5 radələrində evdən çıxıblar. Novruz anasına Miryusifə dərman almaq üçün şəhərə aptekə getdiklərini söyləyib. Səhər saat 8 radələrində kənd icra nümayəndəsi zəng edərək onların qəza keçirdiyini xəbər verdi. Ailə Novruzun hadisədən bir-iki gün əvvəl avtomobil almasından xəbərsiz olub”.

A.Hüseynov deyib ki, şubhələndiyi şəxs var, ancaq ad çəkməyib.

***

Meyiti su kanlında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb. Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 1 də avtomobil qəzası zamanı öldüyü bildirlən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanlında boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü haqda məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" maraklı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.

Avtomobilin sahibi olan, N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib.

Miryusif Mirizadənin qətlə yetirilməsi faktı onun Novruz Hüseynovun öldürülərək su kanalına atılması ehtimalını yaradır.

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar