Jirinovski beynəlxalq axtarışa verilir

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski və Rusiya Kommunist Partiyasının ( RKP) sədri Gennadi Zyuqanovu beynəlxalq axtarışa vermək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın “ICTV” telekanalının efirində daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

“Biz bu insanların heç olmasa istirahətə belə Avropa İttifaqının buraxılmamasına nail olmaq istəyirik. Qoy, Qütb dairəsi və Çukotkada istirahət etsinlər”, - deyə A. Qeraşenko bildirib.

Ukrayna DİN rəhbərinin müşaviri habelə əlavə edib ki, Rusiya müdafiə naziri Sergey Şoyquya qarşı materialların toplanılması hazırda müzakirə edilir.

Qeyd edək ki, adları qeyd edilən rusiyalı məmurlar Ukraynanın şərqində silahlılara yardım göstərilməsində və onların fəaliyyətini maliyyələşdirməkdə ittiham olunurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar