Mobil telefonların qeydiyyat rüsumu qaldırıldı - 5 manatdan 150-yə qədər

Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

"AzPolitika" xəbər verir ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur.

Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-08-02 16:51:25

Çox maraqlıdır.Görəsən bu ölkədə Qəbul olunan qanunlar verilən qərarlar nə zamznsa millətin xeyrinə olacaq ya yox.Nəqliyyat vasitələrinin özkələşdirilməsinin,telfonların qeydiyyata alınmasının rüsumlarının qaldırılması və son günlərin sərnişin nəqliyyatında gediş haqqının artırılması hamısı anti-xalq addımlarsır.Nə üçün məmurların bu xalqa yazığı gəlmir.

Eldeniz 2018-08-02 16:51:25

hormetli novruz muallim 10/-iz amek haqqi qaldirmisiniz ,avazinde gorun yadinizdan cixan hecne qalmasin ki, qiymetlerini on defelerle qaldirib xalqi muflus edesiniz

Azərbaycan vətəndaşı-na 2018-08-02 16:51:25

Qardaş səninlə razıyam. Mən neçə ildi misal çəkmək üçün xalqıın xeyrinə olan bircə qanunla rastlaşmamışam. Axı biz sadə, yazıq xalqın nə günahı var. Səslər hesablananda deyirlər ki xalq bizə səs verib, qanunlar çıxanda əksəryəti xalqın əleyhinə. YAP-ın geri zəkalı gənclər təşkilatı da deyir ki xalq bu qərarları çoxdan gözləyirdi... Bu hökümət öz yerinə yaxşı gələcək hazırlayır. Axı biz dərdimizi kimə deyək? Yəqin ki Prezidentimiz bu işlərdən xəbəri yoxdur.

Son yazılar