Yeni “İphone” modelləri çox baha olacaq – “Apple” şirkəti həyəcan təbili çalır

"AzPolitika.info" xarici mətbuata istinadla bildirir ki, “Apple” şirkətinin rəhbərliyi ABŞ-la Çin arasında başlayan ticarət müharibəsinin şirkətə böyük ziyan vuracağını bəyan edib. “Bloomberg” qeyd edir ki, iki nəhəng arasındakı ticarət savaşı “Apple” şirkəti üçün izafi xərclərə səbəb olmaqdadır.

Məlum olduğu kimi, ilk öncə ABŞ Çindən daxil olan bir çox məhsullar üçün 10 faizlik rüsum tətbiq etmək qərarına gəlmişdi. Avqustun 1-dən isə bu rəqəmin 25 faizə çatdırılacağı məlum oldu. Bu isə əsas hissələri Çində yığılan “İPhone”-ların maya dəyərinin kəskin şəkildə artmasına səbəb olacaq. Şirkət rəhbərliyi sözügedən situasiyanın “Apple”-in məhsullarının rəqabət qabiliyyətini zəiflədəcəyini, istehsal həcmini isə aşağı salacağını vurğulayıb. Çünki maya dəyərinin artması qiymətlərin də paralel olaraq yüksəlməsinə gətirəcək ki, bu da “İphone”lara olan tələbatı avtomatik olaraq, aşağı salacaq.

Bundan öncə “Financial Times” da “Apple” şirkətinin ABŞ-ın tətbiq etdiyi rüsumların təsiri altına düşəcəyi ehtimalını irəli sürmüşdü. İndi isə bu ehtimal gerçəkliyə çevrilir, özü də 10 yox, 25 faizlə.

Odur ki, ölkəmizdəki “İphone” həvəskarları da ABŞ-ın tətbiq etdiyi yeni ticarət qaydalarından ən azı 25 faizlik "bahalaşma payını" alacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar