ABŞ Ukraynaya 250 milyon dollar ayırıb - Senat qərarı dəstəkləyib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Senatı ölkənin müdafiə büdcəsini razılaşdırıb. Bu büdcədə Ukraynanın müdafiə qabiliyyətinin artırılması məqsədilə Kiyevə 250 milyon dollar vəsait ayrılması nəzərdə tutulub.

Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi xəbər verib.

«Sənəd xüsusilə, Ukraynanın kiberhücumlardan qorunmaq imkanlarının gücləndirilməsi işinə köməyi, dövlət hakimiyyətinin kömpütep şəbəkəsinin təhlükəsizliyinin təmin olunması, Rusiyanın informasiya və kommunikasiya texnologiyalarından asılılığını azaltmağı və informasiya mübadiləsi sahəsindəki proqramlarda iştirakına dəstək göstərilməsi məsələlərini nəzərdə tutur» - deyə, bəyanatda deyilir.

Bundan əvvəl ABŞ-ın 2019-cu maliyyə ilindəki müdafiə büdcəsini konqresin nümayəndələr palatası təsdiqləyib. İndi o, imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

2018-ci maliyyə ilinin müdafiə büdcəsi Kiyev üçün 350 milyon dollar həcmində köməyi nəzərdə tutur. İyul ayında Pentaqonda bəyan ediblər ki, artıq bu məbləğin 200 milyon dolları müdafiə üçün ayrılıb.

Bundan başqa, 2018-ci ildə Ukrayna ABŞ, Litva, Böyük Britaniya və Kanadadan 40 milyon dollardan artıq dəyəri olan letal silah və digər hərbi vasitə alıb. Bütövlükdə, 2014-cü ildən üzübəri, müdafiə sahəsində Vaşintonun Kiyevə dəstəyi 1 milyard dolları ötüb.

Təbiidir ki, Rusiya bundan əməlli-başlı narahatlıq keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar