DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEVDƏN SENSASİON BƏYANAT - "İqtidarda ölkəni böhrana sürükləyən kütbeyin insanlar var”

“İqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var”.

Strateq.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən ay ölkədə baş verən təxribatların payızda da təkrar oluna biləcəyi ehtimalları barədə fikirlərinə fərqli don geyindirməyə cəhd göstərən bəzi sosial şəbəkə istifadəçilərinə cavabda deyib.

BAXCP mətbuat xidmətinin sualını cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, sosial şəbəkələrdə bəzi şəxslərin belə təxribat xarakterli mülahizələrlə çıxış etməsi təsadüfi deyil: “Çünki bu mülahizələri yayanlar da həmin təxribatları planlaşdıran siyasi dairələrlə bir yerdədirlər.

Diqqətlə araşdırsanız görərsiniz ki, həmin şəxslər xarici ölkələrdən dəstək almaq üçün özgə qapılarında necə sülənirlər. Həmin adamların deputat olmaq üçün hansı qapıların ağzında boyun burduqlarını, meymun kimi necə min bir oyundan çıxdıqlarını yaxşı bilirik. Əvvəla, mənim partiyanın mətbuat xidmətinə verdiyim açıqlamanı təkcə APA deyil, ölkənin əksər kütləvi informasiya vasitələri yayıb. İndi də bu fikirdə qalıram ki, payızda təxribatçı qüvvələrin yeni cəhdləri ola bilər.

Nəzərə almaq lazımdır ki, həmin dövrdə bəzi dini mərasimlər keçiriləcək və əvvəlki dövrlərdə də belə mərasimlər zamanı təxribatlara cəhdlər olub, həmçinin son təxribatlar da məhz din pərdəsi altında törədilib. Bu səbəbdən də hesab edirəm ki, mənim dediklərimə ciddi yanaşılmalıdır. Ona görə də mən moderator.az saytına açıqlamamda da demişdim ki, 1 il ərzində ölkədə kütləvi yürüşlərin keçirilməsinə moratorium qoyulmalıdır. Mənim haqqımda bu tipli şərhləri yazdıranların özləri antikonstitusion yolla prezident olmaq istəyənlərdir.

Dəfələrlə rəsmi mövqeyimi açıqlayaraq bildirmişəm ki, antikonstitusion yolla prezident olmaq istəyənlər yalnız İlham Əliyevə qarşı deyil, həm də Azərbaycan dövlətində qarşı xəyanət yolunu tutanlardır. Belə şəxslərin qarşısında dayanan siyasətçilərdən biri də mənəm. Bir siyasi partiya olaraq BAXCP də hər zaman Azərbaycan dövlətinin konstitusion əsaslarının yanında olub və bundan sonra da olacaq. Amma çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var.

Zamanında belə kütbeyinlərə Prezident İlham Əliyev də müraciət edərək demişdi ki, kim prezident olmaq istəyirsə, o zaman istefa versin, gedib öz partiyasını yaratsın və açıq formada mübarizə aparsın”.

635x100

Şərhlər

əsas CƏBHƏDƏ - BAKI CƏBHƏSİNDƏ: 2018-08-02 19:34:00

erməni-XAİES MAFİYASI DARMADAĞIN EDİLMƏLİDİR VƏ erməni-XAİESLƏRƏ DƏSTƏK OLANLAR TAM SIRADAN ÇIXARILMALIDIR!!!

turan 2018-08-02 19:34:00

Qüdrət bəy bunu xalq çoxdan bilir ki,ölkədə saysız hesabsız kütbeyin məmur ordusu var və onların işi ancaq narazıçılıq yaratmaqdır.

Moderatora 2018-08-02 19:34:00

Qüdrət Həsənquliyevin əlindən nə gəlir ki?..

Obyektiv 2018-08-02 19:34:00

Butun bu (sosial-iqtisadi) qeribeliklerden bir mentiqi sual gotur-qoy olunsaydi tek bu bes idi.. Axi, evvelki bahalashmada kohne qiymetlerle (praktiki cehetden) guya chatdirmaq ele asan idi ki, bir tezeden hansisa sahenin qiymetini tezeden artiralar da?! Her sheyin bir olchusu, heddi-hududu olar axi.. Yoxsa ele biraz dayanib beynine ne geldi onu ele olmaz ki!.. ((

HEÇKİMə 2018-08-02 19:34:00

Siz, erməni də ola bilərsiniz? Hiss olunur ki, Siz, oz xalqını unudub, sərvəтini aləmə aтan, hüquqsuz Azərbaуcanın siуasi-iqтisadi düşgünlüуünə уanan əslkar VƏТƏNDAŞSINIZ!

heçkim 2018-08-02 19:34:00

Qüdrət bəy bu bahalaşmanın yaradanların təşkil edənlərin allah evini yıxsın. Allah bəlasını vedsin. Allaha tapşırmışam onları.İnşallah.

Vəzir Musтafa 2018-08-02 19:34:00

Qanunçu MVnin тəhlilinə suallar уaranır. 1.Olkədə "səsi çıxa bilən" siуasi müxalif dairələr varmı? 2.Тəcrübəli iki müxalif parтiуa üzvü kimi xarici dəsтəуin QHТ sədri ilə birgə izahı maraqlıdır. 3.Nədən elə, seçki ili xalqa moraтorim? 4.Siуasəтin, məmurun тənqidini vəтəndaş уox, Konsтiтusion hüquq edir. 5.Andı dəişmək vicdandan donüş, Konsтiтusiуanı müdafiə eтməmək isə cinaуəтdir. 6.İqisadi bohrana laqeуd MM, onun 4-cü ili güclü NK əvəzinə, diplomaтın Baş Nazir тəуinaтına уek barmaqla "həəə" deуir?

o.b.n 2018-08-02 19:34:00

Yalnız demokratik ölkələrdə rəhbər işçilər öz ətrafına savadli kadırlar toplayırlar. Onlar çalışırlar ki,sabah təqaüdə çıxanda və ya başqa işə kecəndə ölkəyə problem olmasın.Korrubsiyaya bulaşmış ölıələrdə isə əksinə heç vaxt savadlı kadırı yaxın buraxmırlar kı birdən onun yeriinə namizəd olar onun çirkn oyunlarına mane olar,həmişə savadsız yazıb-oxumağı bacarmayan yaltaqlığı bacaranları ətravflarına toplayırlar.Oxumuş insanlar həmişə qanun aliliyinə hörmətlə yanaşırlar,bilirlərkitalanın sonu nə ilə qurtar

ilqar 2018-08-02 19:34:00

gozel dostum cavablarin meni size dahada baxlayir

--- 2018-08-02 19:34:00

İndi ayılıb. Xalq bunu artıq 3-4 ildir aydın görür.

Həsənquliyevə 2018-08-02 19:34:00

Qüdrət bəy bu vəziyyəti,kimlərin nə etdiyini,ölkənin hara sürükləndiini 25 ildir görürük.Ancaq nə edək? Milləti 70 illərdir manqurtlaşdırmağı bcarıblar.Əlac sizlərə yox,Allaha qalıb.O da inşallah bir əlac qılar.

EWDER 2018-08-02 19:34:00

YAPIN GETSUN...GELEN IL INKIWAFIMIZ BUNDAN DA SUUUURRREEETTTLII OLCAQ.AMMA KAQUZ UZERINDE.HAMI NAQIL DANIWIR.

azad 2018-08-02 19:34:00

kütbeyin məmurlar elbilki düşünülmüş şəkildə insaanları xausa qarışıqlıga yönəldib və yıgdıqları haram puları xarici ölkələrdə haram evladları rahat yfsinlər.

Abit 2018-08-02 19:34:00

konkret adlarını demek lazımdı.

Mühəndis B. 2018-08-02 19:34:00

Savadlı, тəcrübəli müəxəssilər az deуil. Konsensus уoxdur, тexniki işi ozəl maraga уonəldirlər. Müsтəqil iqтisadi sтraтgiуa hələ də gorünmür? Kənd məhsulunun sifarişçiуə qəbulsuz ixracı büsbüтün risqdir. İran 1979dan xaricdən ərzaq almır! Hokuməтin gündəlik тexniki-iqтisadi işi ozbaşına sahələrə bolünüb? NK тikinтi idarəsi və maşınqaуırma zavodu ilə 1994-cü ildə 310 m. qüllə ucaldıblar. 162 m.lik isə qalmadı.

Əhməd 2018-08-02 19:34:00

Həmin adamların deputat olmaq üçün hansı qapıların ağzında boyun burduqlarını, meymun kimi necə min bir oyundan çıxdıqlarını yaxşı bilirik.------Belə başa düşmək olur ki deputat olmaq üçün xalqa seçicilərə yox hansısa qapıya müraciət etmək lazımdır.Qapıda seçilən deputat da qapının sözünü deyəcək xalqın yox .....konkret ad ba ad demək lazımdır ki xalq tanısın

alı 2018-08-02 19:34:00

1 il öncə dedim, anlamadılar yaxud lazımı insanların anlamasını əngəllədilər.Çox və çox təssüf edirəm ki, bu dediklərinizin yüklü hissəsi həqiqətdir və ölkədə vəziyyət ağırdır, bunun da katalizatorları hakimiyyətin içindədir ......

Həsənquliyevə 2018-08-02 19:34:00

Eyniləri Milli Məclisdə də az deyil.Kadr siyasəti öz başına buraxılanda belə olur.Niyə özbaşına buraxılıb, ha?

Kamal 2018-08-02 19:34:00

nənən qurban ...

vətəndaş 2018-08-02 19:34:00

Qüdrət məmurların əksəriyyət mənfi xüsusiyyətli insanlardırlar. Hamısı uzun illər rüşvət almış,korrupsionerlərdirlər.İşdən çıxan vəzifəlilər bəyan olunub mətbuatda yazılıb ki rüşvət alıb korrupsionerdir ancaq həbs olunmurlar. Niyə? Bax bu suala cavab versən sənə inanmaq olar. İndi dünyada elə proseslər gedir ki, kim nə kefi istəyir edə bilməyəcək əvvəlki kimi budur yeməlisiniz keçməyəcək. Çıxış yolu tapmaq lazımdır. Xalqın istəyinin əleyhinə ketmək,xalqla prinsip aparıb əzmək yolu ilə deyil, dil tapmaq xalqı

Həsənquliyevə 2018-08-02 19:34:00

Qüdrət bəy belə anonim yazılardan gündə 10-larla yazmaq olar. Konkret ad çəkmədən ... Hamı bilir ki bizi gələcək də nəsə gözləyir və bu gedişlə, bu quymət artımı ilə məncə bizi heçdə yaxşı şeylər gözləmir. Xarici faktorları gözümüzə soxmayın, xarici faktor həmişə olub və yenə də olacaqdır. Necə deyərlər ən böyük dayaq xalqdır, sizlərin dediyi kimi kütlə. Xalqdan qorxun. Xalqın xeyrinə nəsə etmək lazımdır, axı neftimiz heç də pis satılmır 72 dollar/barell və ya 122.4 manat/barell. Axı bu xalqın nə günahı var?

G.M 2018-08-02 19:34:00

Qudrət bəy,əvvəla gedin 2 nəfəri vurub öldürmüş 4 nəfəri ağır yaralamış Ə.Həsənovun nəvəsinin Həbsxanadan ``cəsarətlə`` azadlığa çıxardan Hakimə Qanunu izah elə....sonra qlobal məsələlərə münasibət bildir.anbaan siyasi böhrana sürüklənməyimizin əsası aydınca görsənir.Ölkəni xaosa sürükləyən məmurların kimliyini araşdırmağa ehtiyac yoxdur.Onlar özlərini və kimliklərini əməlləriylə faş ediblər.

Son yazılar