Bakıda zibil maşını avtomobilin üzərinə aşdı - VİDEO

Bakı şəhərinin Sabunçu rayonunda zibil daşıyan maşın aşıb.

Bu barədə hadisə şahidləri minval.info-ya məlumat veriblər. Verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Bildirilir ki, yüksək sürətlə hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə zibil maşını hərəkətsiz dayanan minik maşınının üstünə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar