Kiyevdə azərbaycanlı oğru dünyasının üzvləri gülləbaran edilib

Ölənlər arasında "smert Azər" ləqəbli oğru da olub

Bir neçə gün öncə Kiyev şəhərinin yaxınlığındakı meşədə dörd nəfər azərbaycanlının olduğu Land Kruzer markalı maşın yarısı yanmış , gülləbaran edilmiş vəziyyətdə tapılıb.

Kiyevdə azərbaycanlı oğru dünyasının üzvləri Lan cruiser ile ilgili görsel sonucu

Musavat.com Kiyevdəki mənbələrə istinadla xəbər verir ki, maşındakı dörd nəfərdən xəbər yoxdur. Maşının yanmayan hissəsındə qan ləkələri var. Mənbə qeyd edib ki, maşının sahibi Kiyev şəhərində nüfuzlu mafiya lideri Elbrusa aiddir. Onunla birgə maşında "Smert Azər" və digər iki " bratva uşaqları" olub.

Bu şəxslərin sağ olub-olmadığı barədə hər hansı xəbər yoxdur. Ehtimal edilir ki, onlar dünyasını dəyişib. Mənbə aşağıdakıları deyib: "Çox güman ki , ölüblər. Elbrus Quli tərəfdən vəziyyətə baxırdı. Smert Azər isə Quliyə yaxın deyildi, əksinə digər tərəflərlə yaxınlıq edirdi. Ancaq bu, Elbrusla onun münasibətlərinə heç də mane olmurdu. Yəqin şəxsi mənafedən irəli gəlib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar