Nikaraquada 3 ayda aksiyalar zamanı 317 nəfər ölüb

Nikaraquada 3 ayda etirazlar zamanı ölənlərin sayı 300 nəfəri ötüb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə Amerika Dövlətləri Təşkilatı (ADT) yanında İnsan Haqları Komissiyası məlumat yayıb.

Komissiyanın ADT-nin saytında dərc olunmuş məruzəsində bildirilir ki, aprelin 18-dən iyulun 30-dək olan dövrdə həlak olanların sayı 317 nəfərə çatıb.

Hüquq müdafiəçiləri isə bildiriblər ki, həlak olanlar arasında 21 polis əməkdaşı, 23 uşaq və yeniyetmə var.

Komissiya qeydə alınmış bütün qətlləri pisləyib və təkidlə Nikaraqua hökumətini bu cinayətlərin hər birini operativ, ətraflı araşdırmağa çağırıb.

Bununla yanaşı, qeyri-hökumət təşkilatı olan "Nikaraquanın İnsan Hüquqları Uğrunda Assosiasiyası"nın hesablamalarına görə, aprel ayından azı 448 nəfər zorakılığın qurbanı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar