"Barselona"dan "Mançester Yunayted"ə

“Barselona”nın futbolçusu Yerri Mina “Mançester Yunayted”ə keçməyə yaxındır.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, kolumbiyalı müdafiəçi ilə hərtərəfli razılıq əldə olunub. Bu transferə görə, İngiltərə klubunun “Barsa”ya 35 milyon avro ödəyəcəyi bildirilir.

Minanın adı “Everton”, “Lion” və “Zenit”lə də hallanırdı.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu ilin yanvar ayından “Barselona”da çıxış edir. O, bu müddət ərzində 5 La Liqa oyununa çıxıb. Mina son dünya çempionatında Kolumbiya millisinin heyətində 3 oyuna 3 qol vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar