«Kim Çen Inla yeni görüş gözləyirəm» - TRAMP

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp məktuba və Koreya müharibəsi zamanı həlak olmuş Amerikalı hərbçilərin qalıqlarını ABŞ-a göndərilməsinə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina təşəkkür edib və tezliklə onunla yeni görüş keçirməyi gözlədiyini bildirib.

Cümə axşamı ABŞ HHQ nəqliyyat təyyarəsi Koreya müharibəsinin gedişində KXDR ərazisində həlak olmuş amerikalı hərbçilərin qalıqlarını Amerika torpağına gətirib və Sinqapurdakı razılaşma çərçivəsində təhvil verib. Havaylardakı Hikam aviabazasına 55 əsgərin qalıqları gətirilib. Bu münasibətlə keçirilməş təntənəli mərasimdə ABŞ-nın vitse-prezidenti Mayk Pens də iştirak edib. Onun atası da Koreya yarımadasında vuruşub.

«Sağ olun, sədr Kim Çen In - vədinizə əməl etdiniz və bizim böyüklərimizin, sevimlilərimizin, döyüşlərdə itkin düşmüşlərimizin qalıqlarının «ev»ə göndərilməsi prosesinə başladınız. Mən təəccüb içindəyəm - Siz, necə xeyirxah iş gördünüz. Məktubunuza görə də sağ olun. Mən, səbirsizliklə Sizinlə yenidən görüşməyi gözləyirəm» - deyə, Amerikalı lider öz «Tvitter»ində yazıb.

1950-1953-cü illərdə Koreya müharibəsində həlak olmuş amerikalıların sayı, itkin düşmüşlərlə birlikdə, təxminən 36,6 min nəfərə yaxındır. Pentaqonun məlumatına görə, onların 5 mindən artığının qalıqları KXDR ərazisində yerləşir.

Koreya müharibəsindən (1950-1953) sonra KXDR və ABŞ formal olaraq, müharibə vəziyyətindədir, nədən ki, onlar arasında yalnız atəşkəs razılığı imzalanıb. Cənubi Koreya ilə belə razılaşma isə yalnız 1992-ci ildə əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar