Filippin Rusiya silahından imtina etməyəcək - ABŞ sanksiyalarına rəğmən...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippinin xarici işlər naziri Alan Piter Kaetano bəyan dib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) mümkün sanksiyalarına məhəl qoymayaraq, Rusiya silahlarını almaqdan imtina etməyəcək.

«Son həftələr KİV-də ABŞ-ın mümkün sanksiyalarına yönəlik çoxlu sayda tənqidlər olur (Rusiyadan silah alınacağı təqdirdə), biz, bunları gözləyirdik və daha artığını gözləyirik. Ancaq düşünürəm ki, biz bundan imtina etməyəcəyik» - deyə, Kaetano Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Sinqapurda ASEAN təşkilatının nazirlər sammiti çərçivəsindəki görüşü zamanı bildirib.

Flippinin xarici işlər naziri həm də Rusiyada futbol çempionatının uğurla keçirilməsinə görə, Lavrovu təbrik edib.

«İcazə verin, Filippin adından sizi, çempionatı uğurla keçirməyiniz münasibətilə təbrik edim. Bu, sadəcə, heyranedici idi!» - Kaetano qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar