Aeroport şosesində gənc qızı avtomobil vuraraq öldürüb

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.

"Report"un xəbərinə görə, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.

26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.

Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar