NAZİM İBRAHİMOVUN QARDAŞI HƏBS OLUNDU - Adam ölümü, vergi cinayəti, dələduzluq...

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib.

Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Bundan əvvəl isə S. İbrahimov intihar hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2015-ci ilin iyun ayının 20-də keçmiş komitə sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərov özünü asaraq intihar etmişdi. M.Cəfərovun adı isə dələduzluq faktlarında hallanırdı. "STS" və "Sahil D Company" MMC-nin direktoru olan Məzahir Cəfərov 12 mart 2015-ci ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham edilmişdi.

M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manatı ələ keçirməkdə təqsirləndirilirdi.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib. Açılmış cinayət işi martda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Картинки по запросу sahib ibrahimov aznews

Lakin işin arxasında başqa adamların dayandığı da açıqlanmışdı. Bildirilirdi ki, sözügedən iş əslində Nazim İbrahimovun qardaşı Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev adlı iş adamları ilə bağlıdır. Sahib İbrahimov və İlham Qasımovun həmin dövrdə mətbuata verdiyi müsahibədən aydın olurdu ki, əslində bu şirkətlərin sahibləri Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev olublar. Məzahir Cəfərovun adı isə yalnız icraçı direktor kimi keçib.

Sahib İbrahimov həmin müsahibədə deyir: "Məzahir icraçı direktor idi. Taleh səlahiyyətlərinin bir qismini yerinə yetirə biləcək adamları təyin etmək iqtidarında olub. Məzahir müəyyən sahələr üzrə sənədləşmələr aparır, Talehin tapşırıqlarını yerinə yetirirdi. Düşünürəm ki, İlham Qasımov Məzahiri aldadıb, çox sənədə qol çəkdirib, "hər şey yaxşı olacaq", deyərək arxayın salıb. O da sənədlərə imza atıb, satdığı evlərin pulunu İlhama təhvil verib".

İlham Qasımov isə əksinə, Məzahir Cəfərovu Sahib İbrahimovun "qurbanı" adlandırmışdı.

M.Cəfərovu intihar həddinə çatdıran şəxsin və şəxslərin kim olduğu, ümumiyyətlə onun intihar hadisəsi prokurorluq tərəfindən araşdırılırdı.

M.Cəfərovun müəmmalı intihar hadisəsi ilə bağlı həm onunla uzun illər bir yerdə çalışan Sahib İbrahimov, həm də intihar edən şəxsin şəriki "Galaxy Palace" tikinti şirkətinin rəhbəri İlham Qasımov işi aparan müstəntiq tərəfindən dindirilmişdi. Araşdırılma aparılsa da, sonradan işlə bağlı ictimaiyyətə müfəssəl məlumat verilmədi.

Sonralar tamam başqa məsələlərə görə İlham Qasımov həbsə atıldı. Sahib İbrahimov isə qardaşı Nazim İbrahimovun himayəsi sayəsində "dəmir barmaqlıqlara” salınmamışdı. İbrahimovların "vurulması” isə görünür, ilk növbədə müxtəlif cinayətlərdə adı keçən kiçik qardaşa - Sahibə baha başa dəldi...

635x100

Şərhlər

Bakili Balasi 2018-08-03 14:39:22

Sevda Agakishiyeva. bu kartoflari men yaxshi taniyiram ve bunlar Bakida gun gordu adam oldu . bunun boyuk qardashi stefano ricci geyinib yas meclisine gedmeyi ile fexr edirdi ... dagil ay dunya gor kimler stefano ricci,brioni,canali brendleri geyinir...

əsas CƏBHƏDƏ - BAKI CƏBHƏSİNDƏ: 2018-08-03 14:39:22

erməni-XAİES MAFİYASI DARMADAĞIN EDİLMƏLİDİR VƏ erməni-XAİESLƏRƏ DƏSTƏK OLANLAR TAM SIRADAN ÇIXARILMALIDIR!!!

-- 2018-08-03 14:39:22

Elmar Vəliyevin bir sürü qardashı var. Xalq ümidlə yashayır.

EWDER 2018-08-03 14:39:22

molodes ESAS INKIWAFDU...GOPCULAR YAPCILAR PARTIYASI

G.M 2018-08-03 14:39:22

Kimdir günahkar.Bir vaxtlar Naxçıvanın küçələrində burnunu qoluna silən...və sonra qəfildən ``biznesmen`` olub Bakının küçələrində yuxuda da görmədikləri Bahalı Avtomobillərin arxa salonunda oturan eynəkli kartof-soğan alverçiləri..yoxsa onları bu hala gətirən vaxtiylə Qarmon,qara zurna çalan məmurlar..yoxsa KİM.Məncə bunlar Şahmat taxtasında Peşkanın altına yapışdırılan əsgi parçalarıdırlar.heç peşka da deyillər.

EMİN 2018-08-03 14:39:22

bini və binin kimilərinin əksəriyəti olkəni cokdurub. nə ansi ki binlara dərs verən yoxdu. hansi gtəskilati yoxla talan və ozbSİNALİQ BİNLARDAN CİXİR. YAZİQ MİLƏTİN HALİNA Kİ BİNLARİN ƏLİNDƏ GİROVDU. HƏLƏ NƏLƏR VAR BİR ALLAHBİLİR ONU...

Sabir 2018-08-03 14:39:22

M.Cəfərov S.İbrahimovun və N.İbrahimovun yaxın qohumdur. Məzahir intihar etmədən illər oncə bacısı və İbrahimovlar qardaşlarları ilə düşmən idi. Hal hazırdada Məzahirin ailəsi Nazim lə və arvadı yəni Məzahirin bacısı ilə əlaqələri yoxdur, burda bir sual yaranır niyə Məzahirin qoyub getdiyi ailəsi İbrahimovlarla düşməndilər, anlamaq istiyən anlayacaq nə demək istədiyimizi. Qeyd edirsiz ki Sahib verdiyi müsahibəsində İ.Qasımov Məzahiri aladıb hansısa sənədlərə qol çəkdirib. Onuda qeyd edək rəsmi sənədlər var nəsə boş-boş deməklə deyil STS-şirkətinin 95% Sahibin -5% isə qardaşı Tağınındır Məzahir rəhmətlik yenədə STS-firmasında İbrahimovlar tərəfindən qurban seçildi və hal hazırda Sahib STS- şirkəti adından Sahil-D kompaniyə aid olan ünvanda yerləşən binalardakı mənzilləri qanunsuz olaraq başqa vətəndaşlara satıb . Və hal hazırdada Sahil-D firmasının STS adıyla satılan evlərin ziyani qardaşları tərəfindən ödənilir.

sevda agakiwiyeva 2018-08-03 14:39:22

bir adam ki,vyetnamka ile corab geyine)qara corab ag vyetnamka,moda ikonasi)

AYNUR 2018-08-03 14:39:22

DELEDUZLAR COXDUR BIRIDE ATLAS MED CENTERIN BOYUQI HEYDER VE OQLU NIHAD HAMINI ALDADIRLAR TUTAN YOXDI BUNLARI COX AZ GALIB CAVAB VERECEKLER...

BABA 2018-08-03 14:39:22

ONUN QARDASLARI TUTULMALIDI

R-n 2018-08-03 14:39:22

Tutulasi o geder ... var ki...Elmira hagginda daha hansi subutlar lazimdir ki,hec olmasa agzi yumulsun.Hansi deputata,nazire toxunsan tualet iyi verecek...

EWDER 2018-08-03 14:39:22

20 ILE KIMI HOKUMETI IINKIWAF ETDIREN NEHREMLI ,DANABAW QARDAWINIDA BASIN YANINA...ESAS INKIWAFDU...EWDER OL CANI...AZERBAYCAN

Son yazılar