Ramazan bayramı dünyada - Video

İran, İraq,Qəzza və başqa ölkələrdə müsəlmanlar bayram namazı qılıblar

Dünya müsalmanları Ramazan bayramın qeyd edir. ANS TV-nin məlumatına görə, İranda da bayram namazı bu gün qılınıb. Paytaxt Tehranda bayram namazından sonra sakinlər qarşısında çıxış edən Ali dini lider Ayətulla Əli Xamneyi İsraili Qəzza zolağında soyqırım həyata keçirməkdə ittiham edərək, bütün müsəlman dünyasını fələstinliləri dəstəkləməyə çağırıb.

İraqda isə bu gün şiə əhalisi Ramazan bayramını qeyd edir. Şiələr İraqın sünni əhalisindən bir gün sonra bayram namazını qılıblar. Bağdadın şiələr məskunlaşan rayonlarının sakinləri İmam Əli məscidinə axışıblar. Məscidə giriş gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. İraqlılar Qəzza zolağındakı müsəlman qardaşları üçün dua etdiklərini bildiriblər.

İsrailin Qəzza zolağına fəal hərbi müdaxiləsinə baxmayaraq, burada da əhali Ramazan bayramını qeyd etməkdən çəkinmir. Ötən gün bir qrup insan raket zərbəsi nəticəsində dağıdılmış Əl-Fəruq məscidi ətrafında toplaşaraq bayram namazı qılıblar.

Əksər Asiya və Avropa ölkələrində də Ramazan bayramı davam edir. Pekində minlərlə müsəlman şəhərin ən böyük məscidində dualar ediblər. Pakistanvə Banqladeşdə də bayram namazı bu gün qılınıb. Norveç və Bolqarıstan və Bosniyada müsəlamanlar fitrə çıxıb, bayram namazları qılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar