Poroşenko azərbaycanlı merin ailəsinə başsağlığı verdi

Bu gün Ukrayna Prezidenti Pyotr Poroşenko Kremençuq şəhərinin meri, etnik azərbaycanlı Oleq Meydanoviç Babayevin faciəli ölümü ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidentin başlığında deyilir:

“Oleq Babayev onu tanıyanların, onunla birlikdə işləyənlərin hamısının yaddaşında əsl peşəkar kimi, öz şəhərinə və Ukrayna dövlətinə sədaqətlə xidmət edən bir insan kimi qalacaq. Bu faciəli anlarda, dərin matəm günlərində sizinlə birlikdə onun xatirəsi qarşısında baş əyir və kədərlənirəm. Oleq Meydanoviçin işıqlı xatirəsi ürəklərimizdə həmişəlik yaşayacaq”.

Xatırladaq ki, Kremençuq şəhərinin meri Oleq Babayev iyulun 26-da güllə ilə vurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar