Azərbaycan Beynəlxalq Bankına daha bir baş direktor təyin edilib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yeni təyinat olub.

Bankdan "Report"a verilən məlumata görə, Nərgizxanım Aqşin qızı Biləndərli qurumun korporativ biznes üzrə baş direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan N.Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir. O, indiyə qədər ABB-də, "Bank of Baku" ASC-də, ləğv prosesində olan "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Müştəri xidməti departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifələrində, son təyinata qədər isə "Bank VTB (Azerbaijan)" ASC-də çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar