“Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm” - Hacı İbrahim qardaşı haqda

“Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm”.

Bunu Modern.az-a açıqlamasında “Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib. İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb,

“Belə bir şey varsa, Allah qapısını açsın!”, -deyən Hacı İbrahim Nehrəmli digər sualardan yayınıb.

Qeyd edək ki, iş adamı Sahib İbrahimov həbs edilib. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Daha əvvəl mətbuatda S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında pullarını geri alsalar da, mənzillərin onlara verilmədiyini bildiriblər.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

635x100

Şərhlər

Vətəndaş 2018-08-03 17:47:12

Bir ailənin uşaqları biri o biri barədə belə söyləyirsə,onda bu ailədə tərbiyədə qüsur yoxdur?Belə adamlara necə şəxsiyyət demək olar?

Son yazılar