Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - VİDEO

QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Xəzər TV-nin əməkdaşlarına hücum çəkib.

BakuPost xəbər verir ki, hadisə jurnalistlərin Faiq Seyfullayev adlı Bakı sakininin aldığı mənzilin sənədləri ilə bağlı yaranan problemini işıqlandırarkən baş verib. Belə ki, F. Seyfullayevin şikayətini araşdırmaq üçün onun evinə yollanan TV işçiləri az sonra Hacı Mazanla qarşılaşıblar. Məlum olub ki, həmin binanı Hacı Mazan tikib. Şikayətçinin narazılığı da məhz binanın sahibindəndir. Bunun qarşısını almaq uçun Hacı Mazan evə girərək, onlara kameranı söndürmələrini əmr edib və "mənəm buranın yiyəsi, sən kimsən, niyə girmisən bura, rüşvət almısan?” deyə qışqırmağa başlayıb. Daha sonra isə müxbirin əlindəki mikrofonu əlindən dartaraq alıb.

F. Seyfullayev bu hadisədən sonra Hacı Mazanın adamları tərəfindən döyüldüyünü iddia edib və sosial şəbəkədə canlı efirdə üz-gözündəki yumruq izlərini nümayiş etdirib. Həmin görüntüləri təqdim edirik:

635x100

Şərhlər

Turan 2018-08-03 18:09:40

Haci Mazana sukur edin, Zehmet MTK.nin icracı direktoru olan xursud elekberov.da bundan beterdir. Rüşvet olaraq teleb etdiyi pulu vermediyime göre evimin senedlerini ozunde girov olaraq saxlayir ve evime bele buraxmirdi ve hetta evimi 2defe ogurlatdirib veya ozu ogurlayib(açarlar onlarda olub). 2mahkemeni udmusam. mehkemede bele.qorxmadan evin ogurlatdiracagini ne olur olsun istediyi pulu alacağını deyib amma bugüne kimi Ne polis ne Prokurorluq erizelerim ve muracietlerim esasinda bunun ozbasinaliga nese ede bilmir.

EWDER 2018-08-03 18:09:40

EWWI BU HACI BAWQA WEYDU,HACI MOZAMBIK.ELEWUKURUN TAYIDI,HEMIWE QUW BURAXIR

G.M 2018-08-03 18:09:40

Əlbətdə, Azərbaycanda Hacı Mazan və onun qanuni seçilmiş Şeyxi güclüdür.X.zər TV və onun Toliki də güclüdür.deputatlar da ,müxalifət liderləri də.... Zəif olan təkcə Xalqdır.Çünki,yxarı zad eliyir ``Bığ``,aşağı ``şey `` eliyir ``bığlı müxalifət``.Ona görə döyülmək,öldürülmək təbii bir şeydir.

Kəmalə 2018-08-03 18:09:40

HARİNLAMİŞLIQA BAXİN BİR.GÜCLÜ GÜCSÜZÜ TAPDALAYİR.GÜNAHLAR HAMİSİ ƏZİLƏN XALQDADİR.GECƏ VUNDUZ NƏZİR QUTULARİNA PULLAR ATMAQLA MƏSQULDULAR.BMİRSİZ BƏS "YETİMƏ DEYİRLƏR Kİ YETİM KİMİ ÖLDURƏRSƏN DEYİR MƏNƏ ÇÖRƏK VERƏNİ"ALLAH BUNARİ OZÜ CEZALANDİRSİN İNŞƏALLAH.

Son yazılar