Sanksiyalar rus rublunu məzənnədən salır

İyulun 29-da Moskva birjasında avro Rusiya rubluna münasibətdə 48 rubl həddindəki psixoloji mühüm baryeri keçərək 28 qəpik bahalaşıb. Musavat.com-un RBK-a istinadən verdiyi məlumata görə, dollar da 18 qəpik bahalaşaraq 35, 72 rubl həddində qərarlaşıb.

Ekspertlər rublun məzənnəsinin aşağı düşməsini Qərbin hazırlamaqda olduğu sanksiyalardan dolayı gərginliklə, həmçinin, mövsümi və spekulyativ faktorlarla izah edirlər.

“Sistema” AFK-nlın baş iqtisadçısı Yevgeniy Nadorşinə görə, son vaxtlar rublun ucuzlaşması ilk növbədə Avropa Birliyindən Rusiyaya qarşı gözlənilən sanksiyalarla ilgilidir. Bundan əlavə, onun qənaətincə, rubl əleyhinə mövsümi amil də rol oynayır – üçüncü rübdə ənənəvi olaraq cari əməliyyatlar üzrə hesablara daxilolmalar azalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar