Çində daşqınlar nəticəsində 20 nəfər ölüb
Baxiş sayı:
Dərc olunub:
03/08/2018 - 22:29
Çinin şimal-qərbində yerləşən Sintizyan-Uyğur muxtar rayonunda leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 20 nəfər ölüb, daha 8 nəfər itkin düşmüş hesab olunur, 5,5 mindən çox yerli sakin təhlükəsiz yerlərə təxliyyə edilib.
“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, yerli hökumətin məlumatına görə, təbii fəlakətdən daha çox kəndlərindən birində böyük daşqın baş verən Hami qəzası zərər çəkib.
İyulun 31-də Sinçen kəndinə rekord miqdarda yağıntı düşüb. Nəticədə yaşayış məntəqəsi su altında qalıb. Son məlumatlara görə, insan itkisi ilə yanaşı 8,7 mindən çox ev və müxtəlif tikili ziyan görüb.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.