Hacımurad Hacıyev güləş üzrə Avropa çempionatının finalına yüksəlib

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

“Report” xəbər verir ki, çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

97 kq-da mübarizə aparan Alimaqomed Alixmoyev də bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Rusiya idmançısı olacaq.

57 kq çəkidə yarışan Əliabbas Rzazadənin də bürünc medal qazanmaq şansı var.

Final görüşləri Bakı vaxtı ilə 4 avqust saat 20:00-da başlayacaq.

57 kq

Təsəlliverici görüş - Madalin Baranga (MDA) - Əliabbas Rzazadə

1/4 final - Əliabbas Rzazadə - Arsen Harutyunyan (ARM) 0:11

1/8 final - Minir Redjepi (MKD) - Əliabbas Rzazadə 4:8

65 kq

1/8 final - Elmar Kazımov - Georgi Elbakidze (GEO) 1:2

70 kq

FİNAL - Çermen Valiev (RUS) - Hacımurad Hacıyev

1/2 final - Hacımurad Hacıyev - Stepan Lilik (UKR) 12:1

1/4 final - Tobias Portmann (SUİ) - Hacımurad Hacıyev 0:10

1/8 final - İveriko Julakidze (GEO) - Hacımurad Hacıyev 0:10

79 kq

Bürünc medal görüşü - Orxan Abbasov

1/2 final - Andrian Grosul (MDA) - Orxan Abbasov 12:4

1/4 final - Charles Andree Afa (FRA) - Orxan Abbasov 6:7

1/8 final - Orxan Abbasov - Benjamin Greil (AUT) 12:0

1/16 final - Orxan Abbasov - Tornike Kvinikadze (GEO) 1*:1

97 kq

Bürünc medal görüşü - Alimaqomed Alixmoyev - Alen Xubulov (RUS)

1/4 final - Feyzullah Akturk (TUR) - Alimaqomed Alixmoyev 10:0

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar