UEFA-dan Rusiya və Ukrayna ilə bağlı xüsusi qərar

Rusiya və Ukrayna klublarının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Report xəbər verir ki, buna səbəb hər iki ölkə komandalarının növbəti mərhələdə üz-üzə gəlməsinin qarşısını almaqdır.

Qurumun İcraiyyə Komitəsinin qərarlarına əsasən PAOK (Yunanıstan) - “Spartak” (Moskva, Rusiya) cütünün qalibi “Benfika” (Portuqaliya) - “Fənərbağça” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi isə “Standard” (Lyej, Belçika) - “Ayaks” (Hollandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 21-22 avqustda, cavab qarşılaşmaları isə 28-29 avqustda keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar