Allahşükür və Xristoşükür - Sikkələr və dindarlar

Azərbaycan məscidlərinin, elə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün də xadimlərini dəfələrlə dünya nemətlərinə- torpağa, pula, mülklərə həddən artıq meyl göstərməkdə qınayıblar. Azərbaycan ruhanilərinin bəzi nümayəndələrinin necə dəbdəbəli şəraitdə yaşadıqlarını, bahalı maşınlara, evlərə, ticarət obyektlərinə malik olduqlarını görən sadə inanclı insanlar hiddətlənirlər: gör bizim nəzirlərimiz kimlərə və nələrə gedir!

Bizdə indiyədək heç kim eşitməyib ki, məscidlərdən hansısa və ya QMİ-nin özü cəmiyyətin xeyrinə nəsə bir şey ediblər - xəstəxana tikdiriblər, yaxud da hansısa uşaq evini himayəyə götürüblər.

Halbuki xeyriyyəçilik və comərdlik —islam sistemindəki dəyərlərin mərkəzi postulatlardan biridir. Bu mövzu Müqəddəs Quranın bir sıra ayələrində qırmızı xətlə keçir və namaza riayət etmə ilə bərabər tez-tez xatırlanır. Əvvəlki vaxtlara Şərqdə böyük məscidlərin nəzdində onların hesabına fəaliyyət göstərən xəstəxanalar, ağıldan kəmlər üçün evlər, müharibələr zamanı əsgərlər üçün hospitallar fəaliyyət göstərib. Artıq bizim günlərdə Moskva muftiyatlığının Qəyyumlar Şurası yetim uşaqlara, internat evlərinə, xəstəxanalara müntəzəm maddi kömək göstərir.

Amma məsələn, katolik Polşası ilə müqayisədə QMİ dini-mənəvi həyata rəhbərlik etdiyi ölkədə öz dindarları, ölkəsi haqda ümumiyyətlə düşünmür.

Polşada kilsə cəmiyyətə böyük təsir gücünə malikdir, ona görə ki, o bu cəmiyyətin həyatında ən fəal şəkildə iştirak edir, şəxsi xeyriyyəçilik nümunəsi ilə insanları yaratmağa, xeyirxahlığa çağıraraq doğma torpağa sevgini əməldə sübut edir.

Kilsə ziyarətə gələnlərin ianələrinin çox hissəsini müxtəlif xeyriyyə aksiyalarına xərcləyir. Bu gün Polşada katolik kilsəsi 1240 uşaq bağçasına və 133 min şagirdin oxuduğu ibtidai məktəbə sahibdir. 417 orta məktəbə (83 min şagird) və 69 kollec və universitetə (100 mindən çox tələbə) malikdir. Bundan başqa, kilsələrə 33 xəstəxana, 244 poliklinika, 267 qocalar evi, 538 uşaq evi, 1820 ailə poliklinikası, 1462 tərbiyəvi mərkəz və 287 başqa müəssisə (xeyriyyə və ya tərbiyəvi) aiddir.

“Bu imperiyanı kim maliyyələşdirir” sualına katolik iyerarxlar tez-tez cavab verirlər ki, bütün bunlar inanclı insanların ianələri hesabına yaradılıb və fəaliyyət göstərir. Opole şəhərinin Müqəddəs Antoniya kilsəsinin baş keşişi Kşiştov Dominski virtualaz.org-a bildirib ki, Polşada ianələrin xərclənməsi tamamilə şəffaf həyata keçirilir.

"Biz hər ay yığılan pulun məbləği haqda ziyarətə gələnlərin qarşısında hesabat veririk. Əlbəttə, onların müəyyən hissəsi kilsənin ehtiyaclarına gedir, qalanını sosial layihələrə yönəldirik. Opoledə bizim kilsəmizin vəsaiti ilə bir neçə məktəb, xəstəxana tikilib. Biz ehtiyac duyan insanlara kömək edirik, budur, bu yaxınlarda bizim ziyarətçilərimizdən birinin oğlunun bahalı əməliyyatını maliyyələşdirdik. Kilsənin hesabına əhalinin daha kasıb təbəqələri üçün tikilmiş müasir xəstəxanada çox münasib qiymətə keyfiyyətli tibbi xidmətlər göstərilir.

Axı ianələr bu insanların puludur, buna görə də biz ziyarətə gələnlər üçün əlimizdən gələni etməyə çalışırıq. Hazırda qocalar evinin tikintisini qurtarırıq", - deyə baş keşiş xeyirxah təbəssümlə gördükləri işləri sadaladı.

Azərbaycanda belə şeyi- məscidin öz ziyarətçiləri üçün məktəblər və xəstəxanalar tikməsini təsəvvür etmək olarmı? Burada nəzir qutusu sədəqə və zəkat üçün qutudan mollaların və şeyxlərin bütöv kastasının zənginləşməsi vasitəsinə çevrilib.

Nikahların kəsilməsi, dəfnlər, yuyulma, Həcc kvotaları ilə ticarət dindən tacirlər üçün əsl yem təknəsinə çevrilib. Nədən QMİ, Polşada olduğu kimi, öz gəlirləri haqda hesabat vermir? Bəli, bizdə din dövlətdən ayırıdır, amma Azərbaycanda ianələrdən nəhəng məbləğlər toplanır, bəs məscidlər və QMİ özü həmin pulların hara xərcləndiyi barədə niyə açıqlama vermirlər?

Son məlumatlara görə, Azərbaycanda 2200-dən çox məscid. Və dövlət hamısına yardım göstərir, o cümlədən ölkədə fəaliyyət göstərən başqa dinlərin məbədlərinə – kilsələrə, sinaqoqlara. Və bu böyük puldur. Üstəlik, ayin xidmətləri üçün mötəbər ianələr və ödəmələr. Böyük məbləğlər yığılır, xüsusilə Ramazan, Qurban bayramı günlərində və Aşurada. Amma bu pullar hara gedir, heç kim bilmir, hərçənd çoxları anlayırlar…

Zaur Rəsulzadə, Varşava

Virtualaz.org

635x100

Şərhlər

Fizuli 2018-08-04 00:37:09

Yiqilan pullar ALLAHIN haram buyurduqu,weytani iwlere,bahali mawinlara imaretlere eyyawliqa gedir.cunki QMI-nin rehberliyinde esl imanli ALLAHI ve xalqini seven muselman momin olsa yiqilan iane pullari ALLAHIN cehenneminin qorxusundan ALLAH buyurduqu iwlerden qeyri iwlere serf etmeye hec cure cesaret etmez. ALLAHIN leneti olsun momin libasina burunub weytana qulluq edib xalqi aldadan warlatanlara AMIN!!!!

.EWDER 2018-08-04 00:37:09

HECE YENI HARA GEDIR...BIZIM ...WUKURUN ...CEXLERE.EWWI BULARDAN ADAM OLMAYIB ,OLMAYACAQDA

Son yazılar