Sabiq nazir Hüseyn Bağırov ittihamlara cavab verdi

"Mən Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırovu səmimi olmağa çağırıram. Azərbaycanda alpinizmlə məşğul olmağa heç bir məhdudiyyət qoyulmayıb. Üç alpinistin həlak olmasından sonra alpinizmlə məşğul olmağa məhdudiyyətlərin olmamasından gileylənənlərdən biri Nahid Bağırov özü idi.

Hazırda dağlara qalxmaq üçün Dövlət Sərhəd Xidmətinin icazəsi tələb olunur. Gəlin inanaq ki, Nahid Bağırovun cəhdləri sayəsində indi bu prosedur ləğv ediləcək və biz bu münasibətlə onu təbrik edəcəyik”.

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bunu virtualaz.org-a açıqlamasında deyib.

Xatırladaq ki, Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırov bildirmişdi ki, Azərbaycanda indiyə qədər ekstremal dağ turizminin inkişaf etməməsində Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi günahkardır.

"Dünyanın heç yerində turizmin bu növü üçün icazə sənədləri tələb olunmur, yalnız Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi belə nou-hau tətbiq etmişdi. İndi biz qurumun yeni rəhbərliyi ilə bu məsələni yoluna qoymaq üçün işləyirik. Avropada özümüzü reklam imkanlarından da istifadə etməyə başlayacağıq", - deyə N.Bağırov qeyd etmişdi.

635x100

Şərhlər

Behrami 2018-08-04 00:41:08

Hər dovləтin qanun-qaуdası oz xüsusiууəтlərinə uуgun olmalıdır. Azərbaуcan(fakтiki müharibə) əraziləri gündəlik hərbi hücuma məruz qaldıgında gorə müvafiq orqanların icazəsi vacibdir. EТSN icazə məsuliууəтi daşısaуdı daim Azərbacanda уaşaуan ALPİNİSТlər sərт iqlim dovründə Xınalıga gedib həlak olmazdılar.

EWDER 2018-08-04 00:41:08

EWWI HAMINIZ .....EWDER OLCANI

Son yazılar