ŞİMALİ KOREYA TAKTİKASI İRANA QARŞI İŞLƏYƏCƏKMİ? - “Ən yaxşı variant Trampın getməsini gözləməkdir”

“Şimali Koreyaya qarşı həyata keçirilmiş fənd İranla bağlı məsələdə işə yarayacaqmı?

İran prezidenti Həsən Ruhani və ABŞ prezidenti Donald Tramp arasında bu yaxınlarda baş verən qarşılıqlı təhdidlər belə bir sual doğurub: görəsən dünya əvvəllər buna bənzər şey görübmü və ya bütün baş verənlər nəylə qurtaracaq?

Şimali Koreya hadisəsində olduğu kimi, Trampın sanksiyaları və Tehrana qarşı kritik təzyiqləri artıraraq ümumi yekunda isə geriyə çəkilərək cüzi razılaşma əldə etmək yoluyla köhnə tikanı söküb çıxarması mümkündürmü?

Analitiklər deyirlər ki, Tramp və Kim Çen In sammitinin yekunları haqqında mülahizə yürütmək hələ ki, hədsiz tezdir. Ümumiyyətlə isə Trampın İrana yanaşması bəlkə də onun Şimali Koreyaya yanaşmasına bənzəyir. Hər halda Tramp artıq İran lideri ilə görüşməyə cəhd edib və onun müşavirləri gələcəkdə danışıqların ola biləcəyini istisna etmirlər.

Bazar günü İran prezidenti onun ölkəsinə müdaxilə etməyin nə qədər təhlükəli olması barədə Trampa xəbərdarlıq edərək deyib: “İranla müharibə - bütün müharibələrin anasıdır”. Bundan bir neçə gün sonra isə Tramp Ruhaniyə “twitter”də hücum edərək “Caps Lock” düyməsinə basaraq yazıb: "BİR DAHA BİRLƏŞMİŞ ŞTATLARI TƏHDİDƏ CÜRƏT ETMƏYİN, ƏKS TƏQDİRDƏ SİZİ TARİXİN ÇOX AZ GÖRDÜYÜ NƏTİCƏLƏR GÖZLƏYİR”.

Bu dialoq keçən ilin avqustunda Trampın Şimali Koreyanın təhdidlərinə qarşı verdiyi cavab reaksiyasını xatırladır. Reportyorlar Trampdan soruşublar ki, onun “twitter”də yazdıqlarının İranı təxribata çəkməsindən narahatdırmı? Tramp qısaca deyib: “Qətiyyən!”

Bəli, keçən il Tramp özünü Şimali Koreyaya qarşı da məhz bu cür aparırdı.

Tramp Kim Çen Inı “kiçik raketcik” adlandıraraq, Pxenyan hökumətini insan haqlarını pozmaqda ittiham edirdi. Onun komandası digər ölkələrlə birlikdə Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları gücləndirirdi. Lakin bu il ərzində Tramp Şimali Koreyaya qarşı yürütdüyü siyasəti radikal şəkildə dəyişdirib. Sinqapurda keçirilən sammitdən sonra Tramp Kim Çen Inı dəfələrlə tərifləyib və ABŞ-ın Cənubi Koreyada keçirilməsi nəzərdə tutulan hərbi təlimlərini dayandırıb. Ancaq sanksiyalar hələlik əvvəlki kimi qüvvədə qalır.

Lakin İran hələ də Trampın “qara siyahı”sındadır. Bu ilin may ayında prezident ABŞ-ı İranla bağılı beynəlxalq nüvə sazişindən çıxardı. ABŞ administrasiyası həmçinin İrana qarşı 12 tələb irəli sürüb. Analitiklərin fikrinə görə, həmin tələblər o dərəcədə iri miqyaslıdır ki, bu faktiki olaraq rejimin dəyişdirilməsinə çağırışdır.

Tramp tələb edir ki, 4 noyabradək digər ölkələr İrandan idxal etdikləri nefti tamamilə dayandırsınlar. Bu isə İranın hal-hazırkı dayanıqsız iqtisadiyyatı üçün çox böyük təhlükə deməkdir. ABŞ, həmçinin sosial şəbəkələrdən və digər vasitələrdən istifadə edərək İranda insan haqlarının pozulmasını işıqlandıraraq, İslam respublikasına qarşı informasiya müharibəsi aparır.

Beynəlxalq böhran qrupundan olan Əli Vaez deyir ki, iki ölkə arasındakı əlaqə praktik olaraq kəsilib. Vaezin sözlərinə görə, İran hətta “ikinci səviyyəli” adlandırılan danışıqlarda iştirakdan imtina edib. Həmin danışıqlarda əsasən hər iki ölkənin analitikləri və keçmiş məmurlarının da daxil olduğu qeyri-rəsmi şəxslər iştirak edirdilər.

İranlılar anlayırlar ki, onların boşaltdıqları yerləri çox böyük həvəslə İsrail və Səudiyyə Ərəbistanı tutur. İran, həmçinin ehtiyat edir ki, əgər onlar ABŞ-ı Kim Çen In ruhunda görüşməyə dəvət etsə, onda Tramp özünün İrana qarşı yönəltdiyi və Pompeonun “maksimal təzyiq” adlandırdığı strategiyanın işlədiyini görəcək və sonra isə bunun davam etməsini istəyəcək.

Əli Vaez məsələ ilə əlaqədar bildirib: “Mən düşünürəm ki, İran tərəfi belə bir qərara gəlib ki, ən yaxşı variant - Tramp administrasiyasının getməsinə kimi gözləməkdir”.

(“7 Days”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar