“ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır” - Kerri

ABŞ dövlət katibi Con Kerri rəsmi Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlamasını təsdiq edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl iyulun 29-da Avropa Birliyi ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.

“Avropa ilə birgə biz yeni sanksiyalar hazırlayırıq” – Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşdə qeyd edib.

Xatırladaq ki, ABŞ artıq Rusiyanın bir neçə iri neft, qaz şirkəti, bankları və müdafiə müəssisələrinə qarşı sanksiyalar tətbiq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar