Köçəryan istintaqa ifadə verməkdən imtina edib

Bir müddət öncə həbs edilən Ermənistanın sabiq prezidenti Robert Köçəryan istintaqa ifadə verməkdən imtina edib. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan çıxış edib.

Onun sözlərinə görə, ölkənin konstitusiya quruluşunun devrilməsində ittiham olunan Robert Köçəryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyasının dağıdılmasına dair iş üzrə ifadə verməyib: "Robert Köçəryan ifadə verməkdən imtina edib. Digər istintaq hərəkətlərində iştirak etməyib və istintaq hərəkətlərinin aparıldığı otağı tərk edib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar