Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.

635x100

Şərhlər

Əlosət Ağayev Şəki TKQ 2018-08-04 15:52:24

Çox gözəl. Şəxsən mən Əməyin Mühafizəsi sahəsində 30 il fasiləsuz təcrübəsi olan bir mütəxəsis kimi yeni sədrin təyin olunmasını səbrsizliklə gözləyirdim.Mənim ona deyəsi ürək dolusu sözüm var. Hörmətli cənab Elman Cəfərov! Sizi bu məsul vəzifəyə təyin olunmağımız münasibəti ilə təbrik edrəm. Hörmətlə, Şəki TKQ-nən Əməyin Mühafizəsi üzrə mühəndusi.

Son yazılar