Üçüncü dünya müharibəsi harada başlaya bilər? – Ekspert danışır

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın raket və artilleriya elmləri Akademiyası prezidentinin müavini, hərb elmləri doktoru Konstantin Sivkov əsas hərbi təhlükələri sadalyıb və Üçüncü dünya müharibəsinin potensial olaraq harada başlaya biləcəyi barədə fikir səsləndirib. Bu barədə «Hərbi-sənaye kuryeri» xəbər verib.

Ekspertin fikrincə ümumilikdə hərbi təhlükələr zəifləmir, əksinə, «transmilli elita»nın dəstəklədiyi bölgəsəl zidiyyətlərin kəskinləşməsi səbəbilə, güclənir. Məsələn, cənubda hərbi təhlükələr MDB-nin Orta Asiya dövlətlərində vəziyyətin sabit omaması, Suriyada, İraqda və Əfqanıstanda müharibələr və Hindistan-Pakistan problemi, ABŞ və İran arasında gərginliyin artması ilə bağlıdır.

Yaxın Şərq bölgəsində hərbi münaqişənin detonatoru rolunda kürd dövlətinin meydana çıxması və bununla bağlı İraq və Suriya ərazilərinin bir hissəsinin qopardılması, eyni zamanda İrana qarşı ABŞ, İsrail, NATO ölkələri və onların Fars körfəzindəki müttəfiqlərinin (monarxiyaların) təcavüz ehtimalı çıxış edə bilər.

Orta müddətli prspektivdə hərbi gərginliyin əsas mənbəyi rolunda Koreya yarımadasındakı zidiyyətlər, Yaponiya və Çin arasındakı adalar mübahisəsi, Yaponiya və Rusiya arasındakı Kuril adaları mübahisəsi və Havay məsələsi çıxış edə bilər.

Ekspert bu nəticəyə gəlib ki, Rusiya müxtəlif miqyaslı hərbi fəaliyyətin iştirakçısı ola bilər. Bu, operativ əhəmiyyətli vacib rayonu əhatə edən sərhədyanı münaqişə ola bilər. Ehtimala görə, belə münaqişə bir neçə gündən, bir neçə aya qədər davam və 2-3 mindən 5-10 minə qədər insanı əhatə elə bilər.

Digər variant – bir operativ istiqamətdə və günlər-aylardan tutmuş bir neçə il davam edə biləcək hərbi münaqişədir. Bu münaişədə 30-40 mindən 100-120 min nəfərə qədər insan iştirak edə bilər.

Başqa bir ssenari – strateji istiqamət üzrə lokal müharibədir ki, bir aydan bir neçə ilə qədər davam edə bilər. Tərəflərdən hər biri 400-500 mindən milyon nəfərə qədər, hətta ondan da artıq canlı qüvvəni hərəkətə gətirə bilər.

Dördüncü variant – Rusiyaya qarşı bölgəsəl müharibə. O, bir neçə strateji istiqaməti əhatə və bir neçə il davam edə bilər. Bu zaman tərəflərdən hər biri 10 milyona qədər, ondan da artıq canlı qüvvəni hərəkətə gətirər. Belə müharibəyə hazırlıq dövrü adətən, bir ildən bir neçə ilə qədər vaxt tələb edir. Məhz belə müzaribə dünya müharibəsinin bir hissəsi ola bilər.

635x100

Şərhlər

Dadaş 2018-08-04 16:19:12

Üçüncü dünya müharibəsi Azərbaycan Ermənistan müharibəsi zamanı başlaya bilər ki bu da Rusiyanın bu müharibəyə burnunu soxması nəticəsində baş verə bilər Bu müharibəyə Türkiyə və Pakistanın qoşulması qaçılmazdır

Son yazılar