Ermənistanda ittiham olunan KTMT-nin baş katibi vəzifəsinin icrasına başlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Yerevandan Moskvaya qayıdaraq vəzifəsinin icrasına başlayıb.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

Daha əvvəl məhkəmənin KTMT-nin baş katibinə müəyyən müddətə Ermənistan ərazisindən çıxmaq icazəsi verdiyi məlum olub.

Xatırladaq ki, Y.Xaçaturova 2008-ci il martın 1-də etiraz aksiyasının dağıdılmasına görə açılan cinayət işi üzrə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar