Çoban odlu silahla bir nəfəri öldürüb, həyat yoldaşını isə ağır yaralayıb - Ağstafada

Ağstafada ölümlə nəticələnən silahlı insident baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Köçvəlli kəndindəki fermaların birində çobanlıq edən rayonun 1960-cı il təvəllüdlü Qarayazı kənd sakini Akif İbrahimov tüfənglə yerli sakin Sakit Nəsibovu vuraraq qətlə yetirib.

Hadisəni törədən şəxs ardınca Qazaxdan olan ikinci həyat yoldaşı Şərifə Həmşəyevaya atəş açaraq onu ağır yaralayıb. Qadın xəstəxanaya aparılıb. İlkin ehtimala görə, hadisə xəyanət üstündə baş verib.

Cinayəti törədən A. İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

G.M 2018-08-04 18:44:33

İkinci arvadın ``ikinci məhəbbəti`` faciəli olub .

Son yazılar