Mingəçevirə istirahətə gələn polis əməkdaşı suda boğularaq ölüb

Mingəçevir şəhərində yerləşən su anbarında boğulma hadisəsi baş verib.

"Report”un Şirvan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar