Azərbaycanlı “narkobaron” Ukraynada tutuldu - Bakıya gətirildi

İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.

Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin məlumat verib.

Məlum olduğuna görə, azərbaycanlı şəxs Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

"Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və "vaxtını boş yerə itirməyib” – Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon” olmağa can atır” - deyə prokuror qeyd edib.

Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin bildirib ki, saxlanılmış şəxs "vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib.

"Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli "vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”, - Abroskin yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar