Buffon PSJ-də ilk titulunu qazanıb

Fransanın PSJ futbol klubu ardıcıl olaraq 6-cı, tarixində isə 9-cu dəfə ölkə Superkubokunun qalibi olub.

“Report” xəbər verir ki, Çinin "Şençjen Siti" stadionunda keçirilən final qarşılaşmasında Paris komandası "Monako"nu 4:0 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Anhel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqlənib. Bu, PSJ-nin yeni alman məşqçisi Tomas Tuhel üçün ilk rəsmi matç olmaqla yanaşı, klubun İtaliya "Yuventus"undan transfer etdiyi qapıçı Canluici Buffonun komandada qazandığı ilk mükafat olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar