Barak Obama Rusiyaya sarsıdıcı zərbəni elan etdi - "Bu seçimi Putin edib" (VİDEO)

ABŞ prezidenti Barak Obama Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edib. ABŞ prezidenti bəyan edib ki, Ukraynadakı nizamlanmanın yollarının axtarılması üçün Rusiya, Ukrayna və Avropa Birliyi ilə təmasları davam etdirir.

“Rusiyanın münaqişənin diplomatik həlli istiqamətində seçimi hələ var”, - Musavat.com xəbər verir ki, Barak Obama Ağ Evin qarşısında Rusiyaya qarşı yeni sanksiları elan edərkən bildirib.

"Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı fikir ayrılıqları üzündən yeni soyuq müharibə başlamayacaq", deyə prezident bildirib.

Barak Obama elan edib ki, ABŞ Rusiya iqtisadiyyatının energetika və bank sektorlarına qarşı yeni sanksilar tətbiq edir: “Avropa Birliyi də bizə qoşulur”.

Barak Obama bəyan edib ki, sanksiyalar onsuz da zəif Rusiya iqtisadiyyatını daha da zəiflədəcək: “Rusiya özünü beynəlxalq ictimaiyyətdən təcrid edir. Bu seçimi Rusiya və prezident Putin edib. Amma Rusiya üçün başqa seçim də var. Rusiya anlamalıdır ki, biz Ukrayna hakimiyyətinə dəstəyi davam etdirəcəyik”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar