“Boinq”in vurulması böyük müharibə planlarını işə salır - Video

“Boinq 777” qəzasının sensassion Rusiya versiyası

Ukrayna səmasında baş verən faciəvi qəzanın daha bir inandırıcı versiyası irəli sürülüb. ANS-in məlumatına görə, rusiyanın “Zvezda” telekanalının təqdim etdiyi eksklyuziv filmdə faktlar və mülahizələr bir yerə toplanır. Konstantin Xudoletevin filmi baş verən qəzanını daha əvvəl planlaşdırılan, hazırlanmış siyasi oyunun təzahürü kimi qiymətləndirilir. Burada faciənin baş verməsi planın birinci hissəsi idisə, ikinci hissəyə görə NATO qoşunları Ukraynaya girməli və Rusiya ilə böyük müharibə baş verməlidir. İddiaya görə, trilyonlarla daxili borcu olan ABŞ-a böyük müharibə lazımdır.

Qeyd edək ki, 17 iyul tarixində Ukraynanın şərqində Amsterdamdan uçan “Malayziya Hava Yolları”na aid “Boinq 777” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 295 insan olub və uşaq, qadın olmaqla hamısı həlak olub. İlkin ehtimala görə təyyarə vurulub. Lakin faciəni Ukrayna ordusu və qondarma Donetsk Xalq Respublikası arasında döyüşlərin getdiyi ərazidə kimin vurduğu barədə fərziyyələr müxtəlifdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar