Özbəkistanda Daxili İşlər Nazirliyinin idarə rəisini iş yerində bıçaqladılar
Baxiş sayı:
Dərc olunub:
05/08/2018 - 22:57
Özbəkistan Daxili İşlər Nazirliyi (DİN) Post-patrul xidmətinin rəisi Dilşod Əkrəmovu iş yerində bıçaqlayıblar.
Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bıçaq yaraları almış Əkrəmovu xidməti otaqlardan birində tapıblar.
Bildirilir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. KİV-in məlumatına görə, milisdə güman edirlər ki, qatil Əkrəmovun tanışı ola bilərdi. Fakt üzrə iş Baş Prokurorluğa verilib.
Məlumata görə, podpolkovnik Dilşod Əkrəmov həmin posta bir ay əvvəl təyin olunubmuş.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.