Prezidentin at üstündə heykəli qoyulacaq

Türkmənistanın indiki prezidenti Qurbanqulu Berdımuhəmmədovun ölkənin paytaxtı Aşqabadda heykəli qoyulacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, heykəl sentyabr ayında hazır olacaq. Heykəltəraş Saraqt Babayevin hələ 2012-ci ilin mart ayında gipsdən hazırladığı maketdə Berdımuhəmmədov atın üstündə təsvir olunub. İndi Babayev ikinci prezidentin 5 metrlik heykəlini yekunlaşdırmaq üzrədir.

Bundan əvvəl, iyulun 25-də Nazirlər Kabinetinin iclasında xarici işlər naziri Rəşid Meredov dövlət başçısına Türkmənistan paytaxtının ən gözəl yerində prezidentdən onun heykəlinin qoyulmasına icazə verməsini xahiş edib. Prezident isə imtina etməyib.

Qeyd edək ki, Aşqabadda bundan əvvəl türkmənlərin atası hesab olunan keçmiş ilk prezident Saparmurad Niyazovun da heykəli olub. Lakuin Berdımuhəmmədov prezident seçiləndən sonra həmin heykəl Türkmənbaşının doğma kəndi olan Aşqabadın kənarındakı Kıpçaka köçürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar