Rusiyaya qarşı sanksiyalar bizə də ziyan vuracaq - BP

Rusiyaya qarşı sanksiyaların ziyanını BP şirkəti də hiss edə bilər.

Britaniyanın BP şirkəti bu ilin 2-ci rübündə gəlirinin artdığını bildirərək, eyni zamanda xəbərdarlıq edib ki, Rusiyaya qarşı yeni sanksiyaların ziyanı şirkətin özünə də dəyə bilər.

Neft nəhəngi qeyd edib ki, indiyə qədər Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar BP-nin fəaliyyətinə təsir etməyib.

BP-nin bəyanatı Brüsseldə Avropa İttifaqı (Aİ) səfirlərinin görüşü keçirilən vaxta təsadüf edib.

Həmin görüşdə Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyaları dəqiqləşdirilməlidirlər.

BP etiraf edib ki, sanksiyalar bu şirkətin biznesinə mənfi təsir göstərə bilər.

BP-nin Rusiyanın Rosneft şirkətində payı 20% təşkil edir.

"Yeni sanksiyalar, "Rosneftlə" münasibətlərdə istənilən gərginlik bizim Rusiyada biznesimizə və strateji məqsədlərimizə, gəlirlərimizin həcminə, bizim investisiyalarımıza və nüfuzumuza zərər vura bilər", Britaniya neft nəhəngi vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar