Xirosimaya bomba atanların axrıncısı öldü

Teodor Van Kirk 93 yaşına kimi yaşadı

1945-ci ildə Xirosimaya atom bombası atan B-29 “Enola Gey” qırıcısının axrıncı üzvü ABŞ-də yaşayan Teodor Van Kirk 93 yaşında vəfat etdi.

ANS PRESS-in məlumatına görə, mərhumun oğlu bildirib ki, onun ölümü 28 iyul tarixində ABŞ-nin Corciya ştatının Stoun-Mauntin şəhərində baş verib.

“Holland” ləqəbli Teodor Van Krik “Enola Gey”in şturmanı olub. Xirosimanın bombardımanı zamanı onun 24 yaşı olub. Lakin bu yaşda o artıq 58 döyüş uçuşu edən səriştəli pilotlar sırasında idi.

Xatırladaq ki, B-29 “Enola Gey” qırıcısı 1945-ci ilin 6 avqustunda Xirosimanın mərkəzinə “Körpə” adı qoyulmuş uran yüklü bomba atır.

Bombanın tratil ekvivalenti 20 min tonn təşkil edirdi. Partlayış əxminən yüz qırx min adamın həyatına son qoyur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar